Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / “Naxçıvan İsrailə çox bənzəyir” – Səfir

“Naxçıvan İsrailə çox bənzəyir” – Səfir

“Naxçıvan Azərbaycanın önəmli bölgələrindən biridir. Bu gün İsrail dünyada tətbiq olunan texnologiyaların öyrənilməsi sahəsində öz töhfəsini verə bilər. Buraya kənd təsərrüfatı, təhsil və tibb sahəsini aid etmək olar”
Bunu İsrailin Azərbaycandakı səfiri Dan Stav Naxçıvanda səfərdə olarkən deyib. Səfir bildirib ki, Naxçıvanın təbiəti ilə İsrailin təbiəti çox oxşardır.

“Hər iki bölgədə su ehtiyatları məhduddur. Düşünürəm ki, İsraildə mövcud olan yeni üsullar Naxçıvanda da bu sahəyə gərəklidir. Burada kənd təsərrüfatına xüsusi diqqət göstərilir. Təklif edirəm ki, Naxçıvanda kənd təsərrüfatı sahəsində çalışan mütəxəssislər İsrailə gəlsinlər, yeni üsul və texnologiyalarla tanış olsunlar”.

D.Stav Naxçıvanda 3-cü dəfə səfərdə olduğunu qeyd edib: “Bu, onun nümunəsidir ki, Naxçıvan xoşuma gəlir və bu diyarı çox sevirəm. Səbəbi isə odur ki, Naxçıvan İsrailə çox bənzəyir. Çox təmiz havası və işgüzar insanları var. Çox şad olaram ki, İsraildən gələn turistlər tək Bakıya deyil, bu qədim diyara da gəlsinlər”.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …