Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / “Yaşamaq mümkün deyil” – 10 evə ziyan vuran sürüşmənin acınacaqlı görüntüləri– VİDEO – FOTO

“Yaşamaq mümkün deyil” – 10 evə ziyan vuran sürüşmənin acınacaqlı görüntüləri– VİDEO – FOTO

Sürüşmə qorxusu Şamaxının Aşıqməmmədağa küçəsinin sakinlərini evlərindən didərgin salıb.

ARB TV xəbər verir ki, son yağışlardan sonra aktivləşən torpaq sürüşməsi nəticəsində 10-a yaxın evə ciddi ziyan dəyib.

Bəzi evlərdə yaşamaq artıq mümkün deyil. Torpaq kütləsi evlərə doğru hərəkət edir. Divarlar ortadan çat verir.

Sakinlər son yağışlar nəticəsində sürüşmənin miqyasının hər gün bir az daha böyüdüyünü deyirlər.

Rahim Babayev – Sakin: “Evə gündüz gəlib baxırıq, axşamlar gedib hərəmiz birinin evində qalırıq.Yatmaq mümkün deyil evdə. Qorxudan qalmaq mümkün deyil. Evdə hər gün beş-on santimetr sürüşmə artır”.

Akif İbadov – Sakin: “Bax, piləkəndi uçub, evin içinə girir çatlar. Hasar da yavaş-yavaş aralanıb gedir. Günü-gündən də artır”.

Təhlükə təkcə evlərdəki çatlarla yekunlaşmır. Sözügedən ərazidə üç evin daş hasarı uçub, həyətyanı sahələrdə yarğanlar gündən-gündən genişlənir.

Gülnaz Şahvuzarova – Sakin: “Hasarlar uçub gedir, həyətmizdə olan tiklilər uçub gedir. Qabaqdakı evlər torpağın altında qalır, yuxardakı evlər də sürüşüb gəlir aşağı. Sürüşmə ağacları kökündən çıxarıb. Bu dəqiqə bizim evə girin, görəcəksiz ki, ev tərpənir, çökür”.

Sürüşmə nəticəsində artıq 4 ailə evlərini tərk edib.

1 (1).jpg (200 KB)

3.jpg (168 KB)

Həmçinin oxuyun

Ərzaqların üzərində niyə Azərbaycan dilində yazı yerləşdirilmir? (VİDEO)

Marketlərdə satılan bəzi ərzaq məhsullarının üzərində bir çox hallarda Azərbaycan dilində məlumatlar qeyd olunmur. Qaynarinfo …