Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Müdafiə Nazirliyi Ermənistanın daha bir yalanını ifşa etdi

Müdafiə Nazirliyi Ermənistanın daha bir yalanını ifşa etdi

Ermənilərin növbəti dəfə Azərbaycan Silahlı Qüvvələrini mülki əhaliyə atəş açmaqda günahlandırmağa cəhd göstərməsi düşmən tərəfdə mövcud gərgin daxili kriminal vəziyyətin gizlədilməsinə hesablanmış addımdır.

Azinforum.az bildirir ki, Müdafiə Nazirliyi mətbuat xidmətinin KİV üçün yaydığı açıqlamada belə deyilir.

Açıqlamada bildirilir: “Dəfələrlə səsləndirilən fikri bir daha diqqətə çatdırırıq ki, ermənilərdən fərqli olaraq Silhalı Qüvvələrimiz beynəlxalq humanitar hüququn prinsip və normalarına riayət edərək heç vaxt dinc əhalini və mülki obyektləri atəşə tutmur.

Erməni tərəfinin yaydığı məlumatda diqqət çəkən məqamlardan biri də adı çəkilən kəndin qoşunların təmas xəttindən xeyli aralıda yerləşməsidir.

Əminliklə bildiririk ki, Akop Ambarsumyan adlı şəxsin ölümünə Azərbaycan tərəfinin heç bir aidiyyəti yoxdur”.

Xatırladaq ki, bu gün Ermənistan KİV Azərbaycan Silahlı Qüvvələrinin dinc əhalini və mülki obyektləri atəşə tutması, nəticədə Akop Ambarsumyan adlı çobanın aldığı güllə yarasından öldüyü barədə məlumat yayıb.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın