Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Mingəçevirdə şəhidlərin qəbirlərini işlənmiş motor yağıyla silirlər –ŞOK VİDEO

Mingəçevirdə şəhidlərin qəbirlərini işlənmiş motor yağıyla silirlər –ŞOK VİDEO

Mingəçevir Şəhidlər Xiyabanında şəhidlərin qəbirüstü abidələrini işlənmiş mühərrik yağıyla yağlayıblar
Bu barədə  şəhid Elşən Rzayevin bacısı məlumat verib. O, bildirib ki, Şəhidlər Xiyabanında qəbirlərin sinə daşının üstü işlənmiş motor yağı ilə silinib:
“Biz sabunla yumuşuq, amma digər qəbirlər də elədir. Bilmək istəyirik ki, nəyə görə bu qəbirlərin üstü işlənmiş motor yaği ilə silinib? Qardaşımın doğum və ölüm tarixi səhv yazılmışdı. İcra başçısına müraciət etdik. Gəldilər, pozub bu cür düzəltdilər. Mən buna vandalizm aktı deyirəm. Bu sualımıza cavab versinlər ki, niyə şəhidin qəbrinin üstünü işlənmiş motor yağıyla yağlayıblar? Bu bizə və şəhidə qarşı hörmətsizlikdir. Müharibə gedən bir dövlətdə şəhidin qəbrinə qarşı bu cür hörmətsizlik olar? Əgər belədirsə, icazə versinlər, şəhidimizi çıxarıb şəhər qəbiristanlığında dəfn edək. Yeganə təsəllimiz şəhidimizin qəbridir. Bu da motor yağıyla yağlanandan sonra, təhqir hesab edirik.
Mingəçevirdə atamın öz hesabına çəkdirdiyi şəhidlər bulağının suyunu kəsiblər. Xahiş edirəm, əlaqədar təşkilatlar və Mingəçevirin başında duranlar cavab versinlər. Nəyə görə qardaşımın qəbrini işlənmiş motor yağıyla siliblər?”
Ölkə.az-ın əməkdaşı məsələ ilə bağlı Mingəçevir İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra başçısının müavini İlham İsmayılov bu işlə şöbə müdiri Sahib Vəliyevin məşğul olduğunu bildirib. S.Vəliyev isə sözügedən məsələni ictimai birliyin üstünə yıxmaqla kifayətlənib:
“Şəhidlər Xiyabanı bir ildir təmir olunub və təhvil verilib. Kimin narazılığı varsa, Şəhidlər Cəmiyyətinə müraciət etsin”.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın