Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / “Mehriban Əliyeva ölkənin inkişafı üçün müsbət addımlar atacaq” – Partiya sədri

“Mehriban Əliyeva ölkənin inkişafı üçün müsbət addımlar atacaq” – Partiya sədri

Prezident İlham Əliyev Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanı birinci vitse-prezident təyin edib.
Bu barədə fikirlərini mia.az-la bölüşən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib ki, Prezidentin bu sərəncamını müsbət qiymətləndirir:
“Mehriban Əliyeva savadlı, təcrübəli və uzaqgörən siyasətçidir. Onun vitse-prezident kimi mühüm bir posta təyin olunmasını müsbət qiymətləndirirəm. Düşünürəm ki, Mehriban xanım etimadı doğruldacaq və ölkənin inkişafı üçün müsbət addımlar atacaq. Hazırda ölkəmizdə kifayət qədər problemlər var. Yəqin ki, ölkədə həyata keçirilən islahatlar bundan sonra daha sürətlə davam etdiriləcək”.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın