Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Məşhur xanım vəkil sədrlə bağlı prezidentə müraciət etdi

Məşhur xanım vəkil sədrlə bağlı prezidentə müraciət etdi

Tanınmış vəkil Şəfiqə Nağıyeva Vəkillər Kollegiyasının sədri Azər Tağıyevlə bağlı ölkə prezidentinə müraciət edib.

Qafqazinfo”ya daxil olan müraciətdə Ş. Nağıyeva 26 ildir ki, Vəkillər Kollegiyasının sədri Azər Tağıyevin onunla mübarizə apardığını bir daha diqqətə çatdırır: “Dəfələrlə mənim hüququmu pozmasına baxmayaraq, məhkəməyə müraciət etməmişəm. Vəkillər Kollegiyanın sədri kimi ona hörmət etmişəm, lakin artıq onun mənə qarşı mübarizəsi son həddə çatdığı üçün mən məhkəməyə müraciət etməyə məcburam.

20.07.2016-cı il tarixində Vəkillər Kollegiyasının sədri Azər Tağıyev məndən xəbərsiz, xəstəlik vərəqəm olduğu və stasionar qaydada ürəkdən müalicə edildiyim halda Rəyasət heyətinin iclasında vəkillik fəaliyyətimin 6 ay müddətinə dayandırılması barədə qərar qəbul edib, vəkillik fəaliyyətimdə guya nöqsan olduğunu bildirib. Bunda məqsəd isə məni xalqın gözündən salmaq, işgüzar nüfuzuma xələl gətirmək olub.

Mən məhkəməyə müraciət etmək məqsədi ilə Rəyasət heyətinin iclasının qərarının surətini tələb etmişəm. İclasdan 20 gün keçməsinə, mənim hər gün zəng edib qərarın sürətini istəməyimə və teleqramlar vurmağıma baxmayaraq kollegiya tərəfindən müxtəlf bəhanələrlə Rəyasət heyətinin qərarının surəti mənə verilmir.

Mən vəkiləm. Hüququ pozulmuş insanlar mənə müraciət edirlər. Hal-hazırda isə mənim hüququm pozulur. Sizdən xahiş edirəm pozulmuş hüquqlarımın bərpa edilməsinə kömək edəsiniz”.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın