Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / “Məmur övladına nəzarət etməlidir” – Əli Həsənov belə demişdi + Yeni faktlar

“Məmur övladına nəzarət etməlidir” – Əli Həsənov belə demişdi + Yeni faktlar

Ötən gün nəvəsi bahalı maşınla qəzaya düşən baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (Qaçqınkom) sədri Əli Həsənov bir neçə il əvvəl övladlarına nəzarət etməyən məmurları sərt tənqid etmişdi.

2014-cü ildə “Qafqazinfo”nun əməkdaşının sualına cavab olaraq Ə. Həsənov belə demişdi: “Məmurlar övladlarına nəzarət etməlidir. Mənim də övladlarım var. Sizin xəbəriniz var o kimdir? Onu heç kim tanımır. Hər bir məmur öz övladına nəzarət etməlidir”.

Maraqlıdır ki, digər məmurları tənqid edən Ə. Həsənovun nəvəsi dünən qiyməti təxminən yarım milyon manat olan xüsusi markalı  “Mercedes Gelandewagen” maşınla qəzaya düşüb. Nəticədə 2 nəfər həlak olub.

***

Baş verən dəhşətli hadisə ilə bağlı “Qafqazinfo” əlavə olaraq bildirir ki, bu qəza ölkə gündəminin əsas müzakirə predmetinə çevrilib.

Məsələnin gündəmi zəbt etməsinin əsas səbəbi qəzanın bahalı “Galendavagen”lə, özü də yüksək vəzifə tutuan məmur ailəsinə məxsus şəxslər tərəfindən törədilməsidir. Məlumat üçün bildirək ki, Azərbaycanda bu kimi hadisələrə ölkə rəhbəri tərəfindən kəskin reaksiya verilir. Təxminən bir ay öncə general Novruzəli Orucovun övladının harın hərəkəti atasının işdən qovulması ilə nəticələnmişdi.

Dünənki hadisədə iştirak edən və ağır yaralanan “QaçqınKom” sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev təxminən 1 ay öncə Dövlət Sərhəd Xidmətinn rəisi, general-polkovnik Elçin Quliyevin qızı ilə ailə qurub. Onların toyu Binə qəsəbəsində yerləşən Atçılıq Federasiyasının ərazisindəki restoranda baş tutmuşdu.

Əldə etdiyimiz digər məlumata görə, hadisənin miqyasını böyüdən digər amil qəza zamanı həyatını itirən 2 nəfərdən əlavə iki Türkiyə vətəndaşının ölmücül yaralanmasıdır. Dünən gecə səhərə kimi Azərbaycanın müəyyən dövlət qurumları tərəfindən həmin şəxslərin vətəndaşlığı, ünvanı və ailələrinin harada yaşaması ilə bağlı araşdırma aparılıb.

Onların 3 azyaşlı övladı Bakının mərkəzində yaşadıqları evdə aşkarlanıb. Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşlarının iştirakı ilə uşaqlar nəzarətə götürülüb.

Həmçinin, məlum olub ki, “QaçqınKom” sədrinin nəvəsinin yarışdığı “777” seriyalı avtomobilin sürücüsü “Maqa” ləbəli şəxs Nail Allahverdiyevin yaxın dostudur. “Maqa” da ölkədə yüksək vəzifə tutan şəxslərin çevrəsinə aiddir.

 

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın