Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Mədət Quliyev göstəriş verdi – Qəbrləri dağıdılanların yaxınları qəbul edildi

Mədət Quliyev göstəriş verdi – Qəbrləri dağıdılanların yaxınları qəbul edildi

Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyi Qobustanın Ceyrankeçməz qəsəbəsindəki məzarlığın dağıdılması hadisəsinə reaksiya verib.

Qəsəbə sakinlərinin Axar.az-a verdiyi məlumata görə, MTN rəhbərliyinin tapşırığı ilə iş nəzarətə götürülüb. Şikayətçi sakinlər MTN-də bu gün qəbul edilib, dinlənilib və onlara ən qısa müddətdə tədbir görüləcəyi bildirilib.

Sakinlər də qəbul zamanı qəbirləri dağıdan şəxslər kimliyini açıqlayıblar və ölülərinin ruhunu təhqir edən həmin adamların məsuliyyətə cəlb olunmasını xahiş ediblər.

Qeyd edək ki, hadisə bu il avqustun 8-də baş verib. Qəsəbənin köhnə qəbiristanlığı dağıdılıb. Məzarlıq yerlə-yeksan olunub, 53 qəbirdən ölülərin sümükləri çıxarılaraq çölə atılıb.

Bu cinayət törədilərkən 90 SE 067, 90 TO 883, 10 RE 666 dövlət nömrə nişanlı maşınlar orada olub. 

Şikayətçilər qeyd ediblər ki, məsələnin arxasında Milli Təhlükəsizlik Nazirliyinin yerli şöbəsinin rəisi dayanır.

Hadisə ilə bağlı Qobustan Rayon Polis Şöbəsində araşdırma aparılır.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın