Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / “Gelandewagen”lə bir ailəni qıran məmur oğlu hökmdan narazıdır

“Gelandewagen”lə bir ailəni qıran məmur oğlu hökmdan narazıdır

Mahir tarzən, xalq artisti Ağasəlim Abdullayevin ailə faciəsinə səbəb olan “Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) keçmiş rəis müavini Mübariz Mədətovun oğlu Xalid Mədətov Ali Məhkəməyə müraciət edib.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, Xalid Mədətov barəsində olan hökmdən kasasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib. Təqsirləndirilən şəxsin kasasiya şikayətinə sabah baxılacaq.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X.Mədətov 5 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 12 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.

Qeyd edək ki, 2014-cü il, martın 15-də Suraxanı rayonu ərazisində, Zığ şosesində X.Mədətov “Mercedes-Benz Gelandewagen-55” markalı avtomobilini idarə edərkən xalq artisti Ağasəlim Abdullayevin oğlunun idarə etdiyi “VAZ-2106”-a çırpılıb. Nəticədə “VAZ-2106”da olan sərnişinlər – xalq artsitinin həyat yoldaşı, 1959-cü il təvəllüdlü Brilyant Abdullayeva və 2008-ci il təvəllüdlü nəvəsi Ağasəlim Abdullayev hadisə yerində ölüblər. 1950-ci il təvəllüdlü Ağasəlim Abdullayev və onun gəlini, 1984-cü il təvəllüdlü Səadət Abdullayeva isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.

Fakta görə Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Sürücü X.Mədətov narkoloji tibbi müayinədən keçirilərkən orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edildiyindən cinayət işi CM-in 263.1.4-cü maddəsinə tövsif olunub.

Qəzadan iki gün sonra Mübariz Mədətov prezidentin sərəncamı ilə tutduğu vəzifədən azad edilib, oğlu Xalid Mədətov isə həbs olunub. M.Mədətov Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin sabiq rəisi Aydın Bəşirovun həm qudası, həm də biznes ortağıdır.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın