Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Kürdəmirin deputatı belçikalı deyil… – Vəkildən açıqlama

Kürdəmirin deputatı belçikalı deyil… – Vəkildən açıqlama

“Müslüm Məmmədov Belçika Krallığının vətəndaşı deyil. O, Ucarda dünyaya gəlib, ucarlıdır”.

“ Azinforum.az ” xəbər verir ki, bunu AzVision.az -a açıqlamasında Milli Məclisə keçirilən V çağırış seçkilərində ilk dəfə millət vəkili adını qazanan Müslüm Məmmədovun vəkili Samir Şükürov deyib. O, 57 saylı Kürdəmir seçki dairəsindən deputat seçilən Müslüm Məmmədovun Belçika vətəndaşı olması ilə bağlı mətbuatda yayılan iddialara münasibət bildirib: “Müslüm müəllim hazırda Brüsseldədir. Onunla indi əlaqə saxladım. Dedi ki, işləri ilə əlaqdar olaraq Belçikaya gedib. O, bildirdi ki, mətbuatda barəsində yayılan xəbərlər yalandır, belçikalı deyil, ucalıdır. Hazırda da Ucra rayonunda qeydiyyatdadır. Bir neçə gündən sonra o, Azərbaycana gələcək.

Müslüm Məmmədov ailəlidir. Onun 35 yaşı var. Xaricdə təhsil alıb, Azərbaycanda yaşayır. Sadəcə o, Belçikada şəxsi işləri ilə məşğuldur”.

Samir Şükürov bildirib ki, Müslüm Məmmədov seçkilər ərəfəsində Kürdəmirdə seçiciləri ilə çoxsaylı görüşlər keçirib: “Belə görüşlərin sayı 20-dən çoxdur. Ona görə də seçiciləri ona səs verib, deputat seçiblər”.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın