Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / “KİV-də gedən yazılar araşdırılıb, amma cinayət işi başlanmayıb” – Kamran Əliyev

“KİV-də gedən yazılar araşdırılıb, amma cinayət işi başlanmayıb” – Kamran Əliyev

“Həkimlərlə də bağlı İdarəyə müraciətlər daxil olur. Lakin həkimlər rüşvətin subyekti deyil”.

APA-nın xəbərinə görə, bunu baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib. Onun sözlərinə görə, belə müraciətlər olanda İdarə tərəfindən ilkin mərhələdə cinayətlərin qarşısını alınır.

K. Əliyev bildirib ki, İdarə Kütləvi İnformasiya Vasitələrində (KİV) dərc olunmuş məlumatlar əsasında bir neçə araşdırma aparıb, lakin cinayət işinin başlanması üçün əsas olmayıb. Baş prokurorun müavini əlavə edib ki, mətbuatda gedən hər bir yazı araşdırma predmeti ola bilməz.

İdarə rəisi qeyd edib ki, xaricdə təhsil sahəsində neqativ hallarla da bağlı vətəndaş müraciətləri olur.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın