Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Jurnalistlər Bakı Şəhər Prokurorluğu qarşısında aksiya keçirdi

Jurnalistlər Bakı Şəhər Prokurorluğu qarşısında aksiya keçirdi

Bakı şəhərinin prokuroru Əziz Seyidov tərəfindən qəbul edilən KİV təmsilçiləri jurnalist Rasim Əliyevin ölüm işi üzrə istintaqın gedişatı ilə bağlı narazılıqlarını bildiriblər

 
Bu gün bir qrup jurnalist Bakı Şəhər Prokurorluğunun qarşısına toplaşıb. 
Musavat.com xəbər verir ki, mətbuat nümayəndələri avqustun 8-də döyülərək, öldürülən jurnalist Rasim Əliyevin ölüm işi üzrə istintaqın gedişatı ilə bağlı narazılıqlarını bildiriblər.
Jurnalistləri Bakı şəhərinin prokuroru Əziz Seyidov qəbul edib.
Media təmsilçiləri jurnalist Rasim Əliyevin müalicəsi zamanı səhlənkarlığa yol verən həkimlərin məsuliyyətə cəlb olunması ilə bağlı da Bakı prokuroruna müraciət ediblər. Jurnalistlər həmçinin istintaqın ədalətli aparılmasını, günahkarların layiqli cəzalarını almasını istədiklərini bildiriblər.
Bakı şəhərinin prokuroru Ə.Seyidov jurnalistlərin tələblərini və şikayətlərini dinləyib.
Prokuror jurnalislərə bu tələbləri ilə bağlı müraciət hazırlayıb, rəsmi şəkildə istintaq orqanlarına təqdim etmələrini məsləhət görüb və onların müraciətlərinin mütləq araşdırılacağını bildirib.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın