Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / İŞİD-i Xəzərdən vuran azərbaycanlıdır – Video

İŞİD-i Xəzərdən vuran azərbaycanlıdır – Video

Xəzər donanmasının 4 gəmisi “İslam Dövləti” (İŞİD) terror təşkilatının 11 hədəfinə 26 ədəd “Kalibr” qanadlı raketi buraxıb. Hədəflərə zərbələr endirən gəmilər arasında “Dağıstan” raket gəmisi də var.

Axar.az xəbər verir ki, onun komandiri, əslən azərbaycanlı olan II dərəcəli kapitan Vüsal Miriyevdir.

Vüsal Miriyev 1978-ci ilin avqust ayının 27-də Azərbaycanın Səfikürd kəndində anadan olub. 1996-cı ildən Rusiya silahlı qüvvələri sıralarında xidmət edir.

F.F.Uşakov adına Baltik Hərbi-dəniz İnstitutunu bitirdikdən sonra onun təyinatı Xəzər donanmasına verilib. Burada o, 2002-ci ildən 2005-ci ilə qədər raket katerinin komandirinin yardımçısı, 2005-ci ildən 2010-cu ilə qədər isə raket katerinin komandiri olub. 2010-cu ildən Miriyev “Tatarıstan” keşikçi gəmisinin, sonra isə “Dağıstan” raket gəmisinin komandiri təyin edilib.

2013-cü ilin avqust ayının 13-də gəmiyə Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev baş çəkib.

Məhz o zaman dövlət başçılarına komandir Vüsal Miriyev təqdim edilmişdi.

 

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın