Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / “İşğaldan azad olunan, lakin açıqlanmayan ərazilər var” – DEPUTAT

“İşğaldan azad olunan, lakin açıqlanmayan ərazilər var” – DEPUTAT

“Ordumuzun, millətimizin, dövlətimizin qalibiyyətinə kimsə mane ola bilməz”.

Bu sözləri millət vəkili Zahid Oruc deyib.

O bildirib ki, Azərbaycan Ordusu böyük qalibiyyətə imza atıb:

“Hansısa maddə ilə bizim qələbəmizə kölgə salmaq olmaz. Hələ işğaldan azad olunan, lakin açıqlanmayan ərazilər var. Həmin ərazilər də yaxın zamanda açıqlanacaq. Biz qələbə qazanmışıq. Buna kimsə mane ola, insanları ruhdan sala bilməz. Biz bu gün birik, birlikdəyik”.

Millət vəkili Ermənistanda daxili vəziyyətin qarışdığını bildirib:

“İnsanlar küçəyə çıxır, hökumət evinin qarşısına toplaşıb istefa şüarları səsləndirir. Onlar Paşinyanın istefasını tələb edir. İnsanlar tökülən qanların hesabını istəyirlər. Bu, əlbəttə gözlənilən idi. Ümid edirəm ki, bu zərbədən sonra Ermənistan əhalisi, rəhbərliyi işğalçı, nadan siyasətindən əl çəkəcəklər. Onlar artıq başa düşməlidir ki, bizimlə sülh içində yaşamaqdan başqa çarələri yoxdur”.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …