Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Levon Ter-Petrosyan: Ermənistanda vətəndaş müharibəsi təhlükəsi var

Levon Ter-Petrosyan: Ermənistanda vətəndaş müharibəsi təhlükəsi var

Vətəndaş müharibəsi təhlükəsindən qaçmaq və bütün ziddiyyətləri müstəsna olaraq konstitusiya yolu ilə həll etmək lazımdır.

Bunu Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan özünün Ilur.am saytında bildirib.

“Vətəndaş müharibəsi, Türkiyə-Azərbaycan birliyinə ən böyük hədiyyə olmaqla yanaşı, Artsax və Ermənistan üçün, bütün ermənilər üçün fəlakət olar”, – deyə Ermənistanın keçmiş prezidenti vurğulayıb.

Ter-Petrosyan ümid edir ki, siyasi partiyalar, ictimai-siyasi qruplar, güc strukturları, ziyalıların görkəmli nümayəndələri və Ermənistanın taleyinə görə məsuliyyət hiss edən bütün şəxslər bu cür fəlakətli nəticələrin qarşısını almaq üçün bütün təsir vasitələrindən və nüfuzlarından istifadə edəcəklər. Virtualaz.org

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …