Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / İnsanlığa düşmən kəsilən beynəlxalq şirkətlər: Azərbaycan da hədəfdədir – FOTOLAR

İnsanlığa düşmən kəsilən beynəlxalq şirkətlər: Azərbaycan da hədəfdədir – FOTOLAR

Transgen və ya genetik modifikasiya olunmuş orqanizmlər (GMO) dedikdə müasir biotexnoloji üsullarla yaradılmış və genetik materialın yeni kombinasiyasına malik hər hansı bir canlı orqanizm (bitki, heyvan və ya mikroorqanizm) nəzərdə tutulur. 
 
Biotexnoloji üsullar vasitəsilə genetik baxımdan yaxın və çox uzaq olan müxtəlif növlər (o cümlədən, heyvan-bitki, bitki-mikroorqanizm və s.) arasında genləri köçürməklə təbiətdə və ya ənənəvi seleksiyada mümkün olmayan kombinasiyalara malik orqanizmlər əldə olunur.

GMO-nun yaranması…

İlk GMO 1973-cü ildə Salmonella genlərinin E-Coli bakteriyasına köçürülməsi nəticəsində alınıb. 1983-cü ildə transgen bitki, 1987-ci ildə transgen heyvan yaradılıb, 1996-cı ildən isə GMO (pomidor) bazara çıxarılıb.
Dünyada becərilən əsas GMO bitkiləri:
Qarğıdalı,
Soya,
Pambıq,
Şəkər çuğunduru,
Raps,
Yonca,
Kartof,
Düyü,
Pomidor,
Tütün və s. 

GMO məhsullarının istehsalçısı olan əsas ölkələr…

GMO məhsullarını istehsal edən şirkətlər :

Dünyada GMO istehsalçısı olan şirkətlərin sırası kifayət qədər genişdir. Ancaq onların arasında liderlik mövqeyi “Monsanto” adlı şirkətə məxsusdur.
1901-ci ildə ABŞ-da farmasevt Con Frensis Küyninin yaratdığı bu şirkət fəaliyyətinin ilk illərində saxarin istehsal edirdi.
F.Küyni şirkətinə arvadının qızlıq soyadı olan “Monsanto” adını vermişdi.
“Roundup” herbisidi, qlifosatlar, “Roundup Ready” adlı PR soyası, “Bollgard” pambığı, RR pambığı, RR qarğıdalsı, “YieldGard Rootworm” qarğıdalısı, “Vistive” soyası, “Roundup Ready Flex” pambığı və “SmartStax” qarğıdalısı kimi bitki növlərinin satışları “Monsanto”ya milyardlarla dollar qazandırırdı.
“Amflora” kartof növü isə Avropa Birliyinin bir çox ölkələrində əkilmək üçün “məsləhətli” bilinib. Halbuki, avropalı fermerlər bu transgen kartofun insan orqanizmi üçün çox təhlükəli olduğunu deyirlər.
ABŞ-da “Monsanto” GMO-lu qarğıdalı bazarının 80 faizinə, transgen soya bazarının isə 93 faizinə nəzarət edir. Korporasiya adi meyvə-tərəvəz bitkiləri seqmentində də aqressiv siyasət yürüdür. Birləşmiş Ştatlarda belə bitkilərin toxumlarının bazarının 40 faizinə nəzarət edən “Monsanto” qlobal miqyasda bazarın 20 faizini ələ keçirib.
“Monsanto”nun liderlik etdiyi GMO məhsullarının əsas istehsalçılarının sırasına aşağıdakı şirkətlər daxildir:
∙ Bayer CropScience 
∙ Syngenta Seeds 
∙ Pioneer Hi-Bred International 
∙ DOW AgroSciences LLC 
∙ Agritope Inc 
∙ Zeneca Seeds 
∙ DuPont Canada Agricultral Products 

Azərbaycanda GMO qadağası və GMO-ya nəzarət mexanizmi

GMO-nun əsas istehsalçısı olan ABŞ-da və digər inkişaf etmiş ölkələrdə hər bir yeni texnologiyaya, o cümlədən müasir biotexnoloji üsullarla alınmış məhsullara və canlı orqanizmlərə çox ehtiyatla yanaşılır.
Həmin ölkələrdə transgen orqanizmlər üzrə çox ciddi biotəhlükəsizlik sistemi qurulmuş və alınan hər bir GMO-nun canlılara və ətraf mühitə təsiri öyrənildikdən sonra onların istifadəsinə və əkininə icazə verilir.
GMO bitkilərin əkini xüsusi mühafizə olunan ərazilərdə aparılır və bu yolla onların transgen olmayan bitkilərə, yabanı floraya və yerli sortlara mümkün təsiri aradan qaldırılır.
Azərbaycanda biotəhlükəsizlik sisteminin mövcud olmaması, zəngin genetik ehtiyatlarımızın çirklənməsinin qarşısının alınması və əhalinin sağlamlığı üçün yarana biləcək risklərin aradan qaldırılması zərurəti transgen bitkilərin əkininə qadağanın qoyulmasını şərtləndirir. Azərbaycan Respublikasının ərazisinə genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarının gətirilməsi, rayonlaşdırılması və Dövlət Reyestrinə daxil edilməsi “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 21-ci maddəsi ilə qadağan olunub.
Ölkədə Genetik Modifikasiya olunmuş bitkilərə nəzarəti Nazirlər Kabinetinin sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyasının, Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Səhiyyə Nazirliyinin və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mütəxəssislərindən ibarət Ekspert Şurası həyata keçirir.
GMO bitkilərinin təyini AMEA Genetik Ehtiyatlar İnstitutu və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ixtisaslaşmış laboratoriyalarında həyata keçirilir. İnzibati Xətalar Məcəlləsində edilmiş dəyişikliklərə görə, transgen bitkilərin Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə, rayonlaşdırılmasına və Dövlət Reyestrinə daxil edilməsinə görə fiziki şəxslər üç min manat, vəzifəli şəxslər on min manat, hüquqi şəxslər isə əlli min manat miqdarında cərimə edilir.
Azərbaycanda 2007-ci ildə “Ekoloji kənd təsərrüfatı haqqında” Qanun qəbul edilsə də, bu prosesə diqqət yetirilmir. Qanunda göstərilib ki, GMO məhsulları markalanmalı və istehlakçıların seçim hüququ olmalıdır. Hələ də elm sübut etməyib ki, GMO ilə qidalanan insanların gələcəyi necə olacaq? Elm sübut edir ki, GMO məhsulları insan orqanizmində mənfi izlər salır, orqanizmdə allergiya xəstəlikləri yaradır. Pakistanda GMO olan pambıq sahələrində çalışan insanların ömrünün qısalığı sübuta yetirilib.

GMO–nun qorxunc fəsadları…

GMO müasir biotexnologiya üsulu ilə heyvan geninin bitkiyə və əksinə, bitki geninin bitkiyə, heyvan geninin heyvana köçürülməsi deməkdir.
Alimlərin araşdırmasına görə, siçovullara bir müddət GMO məhsulu yedizdirilməsi nəticəsində bu heyvanların qanında leykositlərin miqdarı aşağı düşüb. Mədə və qaraciyərin ölçüləri kiçilərək, funksiyaları zəifləyib. Onların ümumi çəkisi və beyinlərinin çəkisi azalıb. Yeni doğulan balalarının ölüm faizi artıb. Həm analarda, həm də balalarda aqressivlik yüksəlib. Hətta onlar bir-birini yeməyə də başlayıblar.
Siçovullar öz morfologiya və biokimyalarına görə insana çox oxşar olduqlarından, laboratoriya sınaqları zamanı məhz bu heyvanlardan istifadə olunur. GMO-lu məhsullarla bağlı alimlərin gəldiyi nəticə belədir ki, transgen mənşəli qida məhsullarının insana mənfi təsir göstərməyəcəyinə və qarşısıalınmaz mutasiyalara gətirməyəcəyinə tam əminlik yoxdur.
Alimlər vurğulayırlar ki, geni dəyişdirilən məhsullar əsasən insanın immun sistemini zəiflədir. Bu da müxtəlif xəstəliklərin yaranmasına gətirib, çıxarır. O da faktdır ki, gen mühəndisliyinin geniş inkişaf etdiyi ABŞ-da əhalinin 70 faizi allergiyadan əziyyət çəkir. GMO-nun qadağan edildiyi İsveçdə isə, belə şəxslərin sayı əhalnin cəmi 7 faizini təşkil edir.
Artıq bu problemlə bağlı Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Ərzaq Təhlükəsizliyi Təşkilatı və beynəlxalq ekoloji təşkilatlar tərəfindən həyəcan təbili çalınır. Yaponiya, Avstraliya, Yeni Zelandiya, İsveçrə, Çin və bir çox digər dövlətlər insan orqanizmində qarşısıalınmaz dəyişiklərə gətirməsi səbəbindən GMO idxalını qadağan edib.
Mütəxəssislər bildirirlər ki, hazırda ölkəmizdə əhalinin ən çox istifadə etdiyi transgen məhsulların sırasına müxtəlif ət məhsulları, kolbasa və sosiska, dondurma, makaron məmulatları, meyvə-tərəvəz, bəzi uşaq qidaları və s. daxildir. Bu məhsullar Azərbaycana daha çox İran, Rusiya və Gürcüstandan gətirilir. ABŞ, Kanada və Argentinadan idxal olunan qida və yemlərin də çox hissəsi transgen xarakterlidir.
Məsələn, soyuğa və xəstəliyə davamlı olması üçün kartofa əqrəb və ya qargülü geni vururlar. Artıq bütün dünyada kartofa onlarla yad genin köçürülməsi təcrübəsi var.
Bütün bunlar o deməkdir ki, məsələn, əqrəb geni vurulan məhsulu yeyən insanın gen koduna bu heyvanın geni oturur ki, bu da müəyyən vaxtdan sonra insanların sağlamlığında, davranışlarında və xarakterində müəyyən fəsadların yaranmasına səbəb olur.
Yaxud, bəzi növ pomidor və çiyələklərə isə şaxtaya davamlı olması üçün kambala balığının geni vurulur. Düyünü daha qidalı etmək üçün ona ana südünün daşıyıcısı olan insan geni vururlar.
Donuza insan geninin vurulması hazırda bəzi Qərb ölkələrində hətta din xadimlərinin belə, etirazına səbəb olub.

Azərbaycanda GMO-ya nəzarət mexanizmi mövcuddurmu?

Musavat.com-a bu mövzuda açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov ölkəmizdə GMO-ya nəzarət sahəsində müəyyən problemlərin olduğunu bildirdi: “Azərbaycan 10 ildən çoxdur ki, 153 ölkənin də qatıldığı konsogen protokolları ratifikasiya edib. Ölkəmiz BMT-nin biomüxtəlifliyin qorunmasına dair sənədlərinə imza atıb. Lakin Azərbaycanda GMO-ya nəzarət üçün nəzərdə tutulmuş xüsusi laboratoriyalar cəmisi bir il yarımdır ki, ölkəyə gətirilib.
Məndə olan məlumata görə, onlardan biri Naxçıvan gömrüyündədir, digəri isə  Standartlaşdırma, Meterologiya və Patent üzrə Dövlət Komitəsindədir. Bu barədə mənim məlumatım bu qədərdir. Bu laboratoriyaların ölkəyə gec gətirilməsi o deməkdir ki, indiyə qədər Azərbaycana çoxlu GMO mənşəli məhsullar daşınıb, gətirilib”.
Eyyub Hüseynovun fikrincə, Azərbaycanda bu problem kifayət qədər ciddi xarakter daşıyır: “Azərbaycanda bir çox bitkilərin toxumunu əkdikdən sonra cücərti vermir. Bu, artıq GMO-nun ilkin əlamətlərindən biridir. Bu sıraya pomidorların bir neçə növü, qarpız növlərinin hamısı, çuğundur toxumları və s. daxildir. Və dünyanın 98 faizi artıq GMO məhsullarının yayılmasına məruz qalıb. Bu, beynəlxalq təşkilat olan “Greenpeace”in məlumatıdır.
Azərbaycan isə heyvanların yemlənməsi üçün soya və s. bu kimi bitkilər əkilir. Bu, qənaətbəxş vəziyyətdə deyil. Laboratoriyalardan isə hələlik heç bir səs-soraq yoxdur. Halbuki üç gün öncə standartlaşdırma idarəsi elan etdi ki, “Biz 20-yə yaxın malları ekspertiza üçün götürmüşük. Ancaq hələ onların tam siyahısı açıqlanmayıb. Ümid edirəm ki, onların içərisində GMO-lu məhsulları da müəyyən edəcəklər.
Çox təəssüflər olsun ki, dövlət orqanlarının biri digərinin sertifikatını təkzib edə bilmir. Birinin laboratoriyası yoxdursa, digəri bunu müəyyən edib, vəziyyətə müdaxilə edə bilmir. Çünki hər birinin arxasında dövlət məmuru dayanır.
Fikrimcə, Azərbaycanda GMO mənşəli bitkilərin əkinçiliyi artıq mövcuddur. ABŞ-ın “Monsanto” şirkətinin isrehsal elediyi toxumları Azərbaycan çox baha qiymətə alır. Azərbaycanda bitən qarpızları “amerikanka” adlandırırlar. Azərbaycanda “Monsanto” şirkətinin istehsal etdiyi zərərli məhsullar da satılır”.
Ekspert bildirib ki, gömrükdə GMO-lu bitkilərin keçirilməsinin qarşısının alınması ilə bağlı heç bir məlumata malik deyil: “Bu məhsulların qarşısının alınması üçün əsas mexanizm ölkənin qanunverici bazanın olmasıdır. Ölkə başçısının bu sahədə çox önəmli qərarları var. Lakin mən ölkə prezidentinin verdiyi qərarları icra edən qurumların fəaliyyətsizliyini görürəm.
Əlbəttə ki, bununla ilk növbədə Kənd Təsərrüfatı Nazirliyi diqqətli olmalıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ətraf mühitin biomüxtəlifliyinin qorunmasına nəzarət etməlidir. İqtisadiyyat və Sənaye Nazirliyi birbaşa istehlakçıların hüquqlarının qorunması nöqteyi nəzərindən fəaliyyət göstərməlidir. Standartlaşdırma, Meterologiya və Patent üzrə Dövlət Komitəsi laboratoriyaların işləməsinə, Gömrük Komitəsi GMO-lu məhsulların ölkəyə gətirilməsinin qarşısının alınmasına nəzarət etməlidir. Lakin bu sahələrdə ciddi fəaliyyətsizlik müşahidə edilir.
Azərbaycanda soya tam, qarpız növlərinin 90 faizi, kartofun təxminən 40 faizi, pomidorların 70-80 faizi GMO mənşəlidir. Azərbaycanda satılan qızılı rəngdə sarı düyülər də GMO-dur. Çünki onların toxumlarından növbəti il toxum çıxmır. Bu siyahını davam etdirmək də olar”.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın