Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / İlham Əliyev İsrailə səfərə dəvət olundu

İlham Əliyev İsrailə səfərə dəvət olundu

İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət edib.

O, bu barədə Azərbaycan liderinə ünvanladığı təbrik məktubunda qeyd edib.

“İcazə verin, Zati-alinizi İsrailə səfərə dəvət edim. Sizi İsraildə qəbul etmək mənim üçün həqiqətən xoş olacaqdır və bu, xalqlarımız arasında əhəmiyyətli təməl daşı olacaqdır. Həmçinin bu il biz Azərbaycan Respublikasının İsrail Dövlətində səfirliyinin açılacağına ümid edirik. Bu, Azərbaycanın Ticarət və Turizm nümayəndəliklərinin açılmasının təbii davamı olardı”, – İ.Hersoq vurğulayıb.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …