Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / “Seperatçılarla Ermənistan hakimiyyəti arasında münasibətlərdəki gərginlik bizim xeyrimizədir” – Elşən Manafov

“Seperatçılarla Ermənistan hakimiyyəti arasında münasibətlərdəki gərginlik bizim xeyrimizədir” – Elşən Manafov

“Dağlıq Qarabağın perspektiv statusu ilə bağlı məsələdə Ermənistan iqtidarı və Qarabağdakı seperatçı erməni rejimi arasındaki fərqli mövqe və baxışlar keçən il Azərbaycan ordusunun əldə etdiyi qələbə nəticəsində bölgədə yaranmış yeni geosiyasi reallıqların, habelə məğlubiyyətin Ermənistanda doğurmuş olduğu sosial, iqtisadi və siyasi rezonansla bağlıdır”.

Bunu Azimforum.az-a açıqlamasında politoloq Elşən Manafov deyib.

Politoloqun fikrincə, Dağlıq Qarabağ artıq hərbi güc və qüvvənin tətbiqi ilə nəzarətdə saxlamağin qeyri-mümkün olmasının mahiyyətinə varan Paşinyan iqtidarı Dağlıq Qarabağla bağlı mövqeyinə kosmopolit yeniliklər etməklə Ermənistanı artıq bir tərəfdən çəkə bilmədiyi yükdən qurtarmaq, digər tərəfdən isə beynəlxalq maliyyə mərkəzlərindəki bəlli dairələrin sifarişi ilə bölgədəki geosiyasi reallıqları dəyişməyə, 2016-ci ildə BMT TŞ nin müstəvisinə keçirilmiş danışıqları ATƏT müstəvisinə qaytarmağa çalışır: “Ermənistandakı rəngli inqilab və bunun nəticəsində burada baş vermiş hakimiyyət dəyişikliyi məlumdur ki, Rusiyanı qane etməyib. Çünki Sorosun, əslində isə Rotşildlərin maliyyə dəstəyi ilə Ermənistanda hakimiyyətə yiyələnmiş Paşinyan Cənubi Qafqazda qüvvələr nisbətini məlum maliyyə və qlobal mərkəzlərin sifarişi əsasında dəyişməli, Ermənistanda Rusiya təsir imkanlarını zəiflətməklə Gürcüstan və Ukraynadan sonra Rusiya və onu dəstəkləyən qlobal maliyyə mərkəzləri üçün yeni problemlər yaratmalı idi. Turkiyə və Pakistanı Azərbaycan tərəfində oyuna çəkməklə məlum qlobal maliyyə mərkəzləri burada KTMT və NATO arasında qarşıdurma yaratmaqla Cənubi Qafqazda yeni geosiyasi mənzərə yaratmaq istəyirdilər. Rusiya və Azərbaycan tərəfinin dəqiq gedişləri nəticəsində yeni geosiyasi realliqlar təbii ki, Qərbi qane etmədi. Azərbaycan Rusiyanın Paşinyan iqtidarından olan narazılığindan məharətlə istifadə etdi. Türkiyə və Rusiya arasında qarşıdurmanın yaranmasına səbəb ola biləcək məlum planların realizə olunmasına imkan vermədi. Rusiya sülhməramlılarının münaqişə bölgəsinə daxil olmasına imkan verməklə, bölgədəki strateji tarazılğın pozulmasında tərəflərin heç birinin yanında yer almadi. İndi DQ seperatçı rejimin Paşinyana qarşı ççıxış etməsi əslində Rusiya Azərbaycan münasibətlərində mövcud durumun qlobal maliyyə mərkəzlərinin xeyrinə olaraq dəyişməsinə, deməli bölgədə həm də nəqliyyat-kommunikasiya xətlərinin açılmamasına hesablanıb. Gürcüstanda olduğu kimi, burada da məqsəd Rusiyanı Abxaziya və Osetiya ətrafındakı oyunlar zamanı eyni tipli hərəkətlərə sövq etməkdir. Rusiya Qərbdə düşündükləri kimi DQ erməni əhalisinə Rusiya pasportları paylamaqla onları öz himayəsi altinda çəkir. Nəticə etibarı ilə Azərbaycan bəlli qlobal maliyyə mərkəzlərinin istədiyi kimi Rusiya ilə münasibətlərə yeni ştrixlər gətirməli olur. Əslində isə Rusiyanı MDB məkanında daha böyuk münaqişəyə cəlb etməklə onun bölgədəki mövqelərinə zərbələr endirilir”.

Politoloq onu da qeyd etdi ki, Azərbaycanla strateji əməkdaşlıq münasibətlərinin mahiyyətinə varan Rusiya buna getməyəcək: “Zira bu Rusiyanın Yaxın və Orta Şərqə çıxan yollarında ciddi maneəyə, enerji, təhlükəsizlik və digər sahələrdə əməkdaşliq etdiyi Türkiyə ilə münasibətlərinin pozulmasına, əslində slavyan və türk dövlətlərinin konfederativ ittifaqına bənzər MDB daxilində nüfüzunun azalmasına və s gətirib çixarda bilər. Digər tərəfdən Rusiya belə BMT TŞ-nin Azərbaycanla bağlı qətnamələrinin açiqdan-açiğa kobudcasına pozulmasına getməz. Nəhayət DQ sırf erməni icmasından ibarət deyil ki, Rusiya öz maraqlarından çıxış edərək onlara Rusiya vətəndaşlığı versin. Bu halda azərbaycanlı icmasının da maraqları nəzərə alınmalıdır. Rusiya gözəl anlayir ki, Azərbaycan MDB məkanında rus dilinin sıxışdırılmadiğı yeganə ölkədir. Burada Rusiya və onun maraqlarına ciddi təhlukə təşkil edəcək amillər yox sırasındadir. Avropanın enerji bazarında isə Azərbaycan özünü Rusiyaya rəqib ola biləcək dövlət kimi aparmır. Azərbaycan özünün tolerant və multikultiral siyasəti ilə onu ifrat millətçilikdən, irqçilikdə qinaya biləcək dairələrin hədəflərindən məharətlə yayınır. Beləliklə bəlli olur ki, seperatçı rejimlə Ermənistan hakimiyyəti arasında münasibətlərdəki gərginlik bizim xeyrimizədir. Bu gərginlikdən istifadə edərək Qarabağ separatçılarını qlobal maliyyə, erməni diasporasının dəstəyindən ayrı salmağa çalışmaq lazimdir. Separatçıların büdcəsinin 435 milyon dollara çatmasi bizləri düşündürməlidir. Laçin dəhlizinə nəzarətlə bağlı Rusiya tərəfi ilə danışıqlar aparılmalı, burada Azərbaycanın müstəqil, suveren dövlət olaraq hüquqları bərpa edilməlidir. Fransada prezidentliyə namizəd olan siyasətçilərin Azərbaycan tərəfi ilə razılaşdırmadan Azərbaycana aid olan ərazilərə gəlib, burada milli maraqlarımıza uyğun olmayan danışıqlar aparması şübhəsiz ki, Rusiya tərəfi ilə müzakirələrimizin predmeti olmalıdir. Turkiyə Ermənistan münasibətlərinin də bərpası Ermənistanın nəqliyyat-kommunikasiya xətlərinin açılacaği ilə bağlı öz üzərinə göturdüyü təhəddudlərin yerinə yetirilməsi şərtilə həm bizim xeyrimizə olar, həm də Ermənistanla böyük sulh sazişinin imzalanması proseslərini sürətləndirə bilər”.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …