Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Heydər Əliyevin silahdaşı vəfat etdi

Heydər Əliyevin silahdaşı vəfat etdi

Azərbaycan xarici işlər nazirinin müavini Nadir Hüseynova ağır itki üz verib.

“ Azinforum.az ” ın report-a istinadən xəbərinə görə, N.Hüseynovun atası Sabir Hüseynov dünyasını dəyişib.

***

Haqqın.az xatırladır ki, nazir müavinin atası Azərbaycanın üçüncü prezidenti Heydər Əliyevin yaxın silahdaşı olub.

Sabir Hüseynov 25 yaşında ikən Kirovabadın (indiki Gəncə) prokuroru təyin edilib, sonradan Azərbaycan SSR daxili işlər nazirinin müavini olub. Şəxsən Heydər Əliyevin təkidi ilə Azərbaycan Kommunist Partiyasının mərkəzi aparatında inzibati şöbənin müdiri vəzifəsinə gətirilir ki, respublikanın bütün güc strukturları həmin şöbəyə tabe idilər.

Sabir Hüseynov son nəfəsinə kimi Heydər Əliyevə və onun ideyalarına sadiq qalıb. Məhz o, insanları toplayaraq, Binə hava limanında Heydər Əliyevin qarşılanmasını təşkil etmişdi.

Sabir Hüseynovun cənazəsi sabah saat 10-da Təzəpir məscidindən götürüləcək.

Nadir Hüseynov

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın