Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Hacı Nuranın səhhəti pisləşdi – Azərbaycana gəlir…

Hacı Nuranın səhhəti pisləşdi – Azərbaycana gəlir…

“Əziz və sevimli dostlarım! Bildiyiniz kimi, neçə müddətdir ki, Almaniyanın Düsseldorf şəhərində yerləşən klinikada ağır xərçəng xəstəliyi ilə mübarizə aparıram. Son vaxtlar səhhətim daha da pisləşib, özümü çox pis hiss edirəm. Həkimlər də məsləhət gördülər ki, bir az abu-havamı dəyişim”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Almaniyada müalicə olunan aparıcı Hacı Nuran Hüseynov sosial şəbəkədə yazıb.

O, bir neçə günlük Azərbaycana gəldiyini bildirib:

“Neçə vaxtdır ki, Azərbaycana heç olmasa, bir saatlıq gəlmək arzusu ilə yaşayıram. Dünən yanıma gələn Avropa Oyunları (Bakı-2015) Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov mənim arzumu həyata keçirdi. İnşallah, mən sabah (28.09.2015) saat 21:10-da Almaniyanın “Lufthansa” hava yollarının Frankfurt-Bakı aviareysi ilə bir neçə günlük Azərbaycana gəlirəm. Sonra müalicə və transplantasiya üçün təkrar Almaniyaya qayıdacağam. Görüşənədək…”.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın