Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Gürcüstan parlamentinin sədri Marneulidə azərbaycanlılarla görüşdü

Gürcüstan parlamentinin sədri Marneulidə azərbaycanlılarla görüşdü

Gürcüstan parlamentinin sədri Arçil Talakvadze azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonuna səfər edib.

“Report” xəbər verir ki, spiker Marneuli gəncləri və ziyalıları ilə görüş keçirib.

Talakvadze rayonun qayğıları və yerli sakinləri narahat edən məsələlərlə tanış olub.

Görüşlərdə Marneuli rayonunun icra başçısı Zaur Darğallı, parlamentin deputatları Tamaz Naveriani, Savalan Mirzəyev, Marneuli sakrebulosunun sədri Amiran Giorqadze də iştirak ediblər.


Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …