Cümə , Oktyabr 23 2020
Ana səhifə / İdman / Paracüdoçularımız Avropada birinci oldular – VİDEO

Paracüdoçularımız Avropada birinci oldular – VİDEO

Azərbaycanın cüdo idman növü üzrə paralimpiya yığması Avropa Çempionatının komanda yarışlarında birici yeri qazanıb.

Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, yığmamız komanda yarışlarında Türkiyəni 5-1 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb. 

Yarımfinalda Rusiya yığmasını 4-3 hesabı ilə məğlub edən cüdoçularımız finalda yarışmaq şansı qazanıblar. Finalda isə Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının (İBSA) yığma komandası ilə görüşüb. Azərbaycan komandası İBSA yığmasını 6-0 hesabı ilə məğlub edərək birinci yerə layiq görülüb. 

Azərbaycan yığması adından tatamiyə çıxan idmançılarımız İlham Zəkiyev (+100), Hüseyn Rəhimli (-81kq), Bayram Mustafayev (66kq), Dürsədəf Kərimova (+70kq), Xanım Hüseynova (63 kq) və Səbinə Abdullayeva (-52) olub. 

Beləliklə komanda yarışlarında Azərbaycan yığması birinci, İBSA yığması ikinci yerə layiq görülüb. Rusiya və Gürcüstan yığmaları isə çempionatın bürünc medalı ilə kifayətlənməli olublar. 

Xatırladaq ki, Azərbaycanın Cüdo Üzrə Paralimpiya Milli Komandası Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə Avropa Çempionatında iştirak edir. Bu dəstəyə görə Azərbaycan Cüdo Federasiyasına təşəkkürümüzü bildiririk. 

Həmçinin oxuyun

“Qalatasaray”dan Azərbaycana növbəti dəstək – FOTO

Türkiyənin “Qalatasaray” klubu Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi uğurlu hərbi əməliyyatlara növbəti dəfə öz dəstəyini …