Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Gürcüstan Azərbaycana yeni səfir təyin edib

Gürcüstan Azərbaycana yeni səfir təyin edib

Zurab Pataradze Gürcüstanın Azərbaycana fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.

“Report”un məlumatına görə, bu barədə fərmanı Gürcüstan prezidenti Giorgi Marqvelaşvili imzalayıb.

Z.Pataradze 2016-cı ilin iyulundan 2018-ci ilin iyuluna qədər Gürcüstanın Acarıstan Muxtar Respublikasının hökumət başçısı olub. Bundan öncə o, Gürcüstanın Yunanıstanın Saloniki şəhərində baş konsulu (2009-2010), Türkiyənin İstanbul şəhərində baş konsulu (2011-2012), Türkiyə (2012-2013) və Qazaxıstandakı səfiri vəzifələrini tutub (2013-2016).

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …