Azinforum.az Azərtac-a istinadən xəbər verir ki, süjetdə bu yağlı xörəyin əsasının qoyun əti olduğu bildirilir. Diqqətə çatdırılır ki, piti Azərbaycanın hər bölgəsində özünəməxsus hazırlanır. Əsasən ətə noxud, şabalıd, kartof, ədviyyat, qoyun yağı (quyruq) əlavə edilərək saxsı qabda bir neçə saat vam odda bişirilir.

Telekanalın müxbiri deyir: “Piti – vaxtilə Böyük İpək Yolunun keçdiyi qədim Şəki şəhərinin əsl vizit kartıdır. O vaxt da, hazırda da qoyun ətindən hazırlanmış bu yağlı, sulu yemək ağzının dadını bilənləri cəlb edir. Budur, piti masanın üzərindədir. Hələ yeməyə başlanılmayıb. Pitisevərlər əvvəlcə ayrıca qaba xörəyin bulyonunu süzür, lavaş, ədviyyat əlavə edərək yeyir, daha sonra ətini yeyirlər”.