Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Güləşçilərimizin maaşı ödənildi

Güləşçilərimizin maaşı ödənildi

Güləş üzrə Azərbaycan yığma komandalarının üzvlərinə son 14 ay ərzində maaşların verilmədiyi barədə xəbər vermişdik.

Azinforum.az  dsport.az-a istinadən xəbər verir ki, güləşçilərin etiraz aksiyasından sonra Azərbaycan Güləş Federasiyasında yığma üzvləriylə görüş keçirilib. İdmançı və məşqçi heyətinin 2017-ci ildən hesablanan 7 aylıq məvacibi ödənilib. İdmançılara bundan sonra da lazımi şəraitin yaradılacağı barədə söz verilib.

Qeyd edək ki, ümumilikdə güləşçilər 14 ay ərzində məvacib almadıqlarını bildirmişdi. 2017-ci ilin bütün borclarını ödəyən AGF yaxın zamanlarda ötən ildən qalan məvacibləri də idmançılara verəcəyini bildirib.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın