Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / “Görünür, obyektivliyin təmin edilməsinə daha ciddi ehtiyac yaranıb” – DEPUTAT

“Görünür, obyektivliyin təmin edilməsinə daha ciddi ehtiyac yaranıb” – DEPUTAT

““Tərtər işi” ilə bağlı yeni istintaq qrupunun yaradılması ilə məsələnin araşdırılması və obyektiv hüquqi qiymət verilməsi üçün yeni imkanlar yaranır. Görünür, “Tərtər işi”nin araşdırılması üçün obyektivliyin təmin edilməsinə daha ciddi ehtiyac yaranıb. Yeni istintaq qrupundan ictimai gözləntilər böyükdür. Xeyli müddətdir ki, bu məslə çox ciddi müzakirə predmetinə çevrilib. “Tərtər işi”nə hüquqi qiymət verilməsində müəyyən boşluqların olması ilə bağlı məlumatlar yayılıb, xüsusilə sosial şəbəkələrdə problem geniş işıqlandırılır. Fikrimcə, bütün bunlar nəticə etibarilə yeni istintaq qrupunun yaradılmasını zəruri edib”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Parlament üzvü bildirib ki, yeni istintaq qrupu “Tərtər işi”nin obyektiv araşdırılması və cinayətkarların cəzalandırılması üçün əməli addımlar atacaq və ictimaiyyət məlumatlandırılacaq.

“Məsələ ilə bağlı ölkənin hərbi prokurorluğu məlumat vermişdi. Qeyd olunmuşdu ki, “Tərtər işi”nə görə 16 nəfər istintaqa cəlb olunub. Bundan sonra da yeni istintaq qrupunun yaradılması nəticəsində proses genişlənəcək. “Tərtər işi”ndə cinayət əməli olan şəxslərin istintaqa cəlb edilməsi, onların cinayət əməlinə hüquqi müstəvidə qiymət verilməsi istiqamətində real addımların atılması gözlənilir”, – deyə E.Nəsirov qeyd edib.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …