Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Gədəbəy sakini hakimdən şikayət edir – “İşə obyektiv baxılmayıb”

Gədəbəy sakini hakimdən şikayət edir – “İşə obyektiv baxılmayıb”

Gədəbəy rayon Düzyurd kənd sakini Qasımov Rəcəb Mikayıl oğlu Gəncə apelyasiya məhkəməsinin hakiminin özbaşınalığından şikayətlənib.
Avropa.info-nun redaksiyasına daxil olan şikayət məktubunda Gəncə Apelyasiya Məhkəməsinin hakimi Əsədulla Rüstəmovun vəzifəsindən sui-istifadə edərək işə bir tərəfli baxdığı yazılır.
R. Qasımov bildirir ki, onun oğlu Qasımov Nofəl Rəcəb oğlu bir müddət əvvəl boşanma tələbi ilə Gədəbəy rayon məhkəməsinə müraciət edib.
Məhkəmə ərlə arvadı boşayaraq birgə nikahdan dünyaya gələn Sadıqov Fərid Nofəl oğlu anasında saxlayıb.
 Daha sonra uşağın anası yenidən ailə həyatı quraraq Tovuz rayonuna köçmüş uşağı isə atasına vermişdir. Bundan sonra uşağın atası N. Qasımov Gəncə Apelyasiya Məhkəməsinə müraciət edərək uşağın ona verilməsini tələb edib.
Gəncə Apelyasiya Məhkəməsinin hakimi Şəfiqə Əliyevanın şikayətlə bağlı qəbul etdiyi qətnamədə uşağın 68 yaşlı ana babası Sadıqov Nizami Mehbalı oğlundan alınaraq atasına verilməsi lazım olduğu bildirilir.
Amma bundan sonra yenə dinc dayanmayan uşağın ana tərəfi yenidən Gəncə Apelyasiya Məhkəməsinə müraciət edir. Məhkəmənin hakimi Əsədulla Rüstəmov  işə birtərəfli baxaraq hakim Şəfiqə Əliyevanın qətnaməsini ləğv edir.
Bundan sonra N. Rəcəbov Ali Məhkəməyə müraciət edərək işə birtərəfli baxıldığı haqda şikayət ünvanlayıb. Ali Məhkəmə isə öz növbəsində işə yenidən baxılması üçün sənədləri Gədəbəy məhkəməsinə göndərərək şikayətçi tərəf üçün dövlət hesabına vəkil təyin olunmasını tələb edir.
Amma şikayətçi tərəf bu vaxta qədər işlə bağlı heç bir müsbət addımın atılmadığından gileylənir. Qasımov Rəcəb Mikayıl oğlu bildirir ki, hakim Əsədulla Rüstəmov məhkəmə prosesi zamanı şifahi olaraq ona Ali Məhkəmədən təzyiqlər olunduğunu söyləyib.
R. Qasımov aidiyatı qurumlara müraciət edərək məsələyə obyektiv və qanuna uyğun şəkildə baxılmasını istədiyini bildirir.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın