Cümə axşamı , May 2 2024
Ana səhifə / Siyasət / Fransadakı tanınmış azərbaycanlılar terror aktından danışır

Fransadakı tanınmış azərbaycanlılar terror aktından danışır

Elşad Abdullayev: “Parisin mərkəzindəyəm, indi hər şey normaldır”
 
Qənimət Zahid: “Terror Fransa və Avropaya dəxli olmayan yerlərdə daha iri miqyaslıdır”
 
Aqil Xəlil: “Bizdə salamatçılıqdır”
Parisdə baş verən məlum terror aktı dünyanın gündəmini zəbt edib. Dünya terror aktı sonrası baş verənləri anbaan izləyir və gəlişmələri oxucularla paylaşır. Musavat.com isə Fransada yaşayan həmvətənlərimizdən bu olayla bağlı sorğu keçirib. Hissləri, yaşadıqları və baş vermiş olayın onların Fransadakı həyatlarına təsirini soruşub.
Fransada mühacir həyatı yaşayan qapadılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev musavat.com-a açıqlamasında bildirdi ki, Parisin mərkəzində yaşayır və indi hər şey normaldır: “Hüquq-mühafizə orqanları hadisə yerinə nəzarət edir. Parisdə normal həyat davam edir, Qaldı mənə, öz işimlə məşğulam, 2 illik vəkillik kursunda dərsdəyəm, dil kurslarına hazırlaşıram. Doktorluq işimi hazırlayıram, gələn ili doktorluq işimi müdafiəyə çıxaracağam. Avropanınsəsi.com internet onlayn qəzetimizi yaratmışıq, müntəzəm olaraq Azərbaycan və Avropada baş verən hadisələr haqqında yazılarla çıxış edirik”.
Jurnalist Aqil Xəlil də baş vermiş terror aktının faciəvi miqyasda olduğunu dedi. Müsahibimiz səhhətlərində və həyatlarında hər hansı itki olmadığını bildirdi.
“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid baş verən terror aktının onların yaşadığı yerdən xeyli uzaqda baş verdiyini dedi: “Bu, olay deyil, vəhşilikdir. O ki qaldı bu hadisədən sonra Fransada yaşamağın bizim üçün təhlükəli olub-olmamasına, təhlükəli görünmür. Terror Fransa və Avropaya dəxli olmayan yerlərdə daha iri miqyaslıdır. Burda epizodlar, oralarda isə prosesdir. Hİsslər coğrafiya ilə müəyyən olunmur ki… bu terrorun yaratdığı hissdir və insanın harada yerləşməyindən asılı olmayaraq eynidir”.

Həmçinin oxuyun

MSK sabah Ramin Məmmədovun deputat mandatından məhrum edilməsi məsələsinə baxacaq

Mərkəzi Seçki Komissiyasının (MSK) mayın 2-də keçiriləcək iclasında Ramin Məmmədovun deputat mandatından məhrum edilməsi məsələsinə …

Bir cavab yazın