Ana səhifə / Şou Biznes / İşdən qovulan nazirlər nə qədər pensiya alır?

İşdən qovulan nazirlər nə qədər pensiya alır?

Son günlər Azərbaycanda ciddi kadr dəyişiklikləri həyata keçirilir. Aparılan köklü islahatlar zamanı iki nazir, bir neçə nazir müavini və onlarla dövlət məmuru tutduğu vəzifədən azad edilib.
Ümumilikdə isə son 10 ildə Azərbaycanda 10-dan çox nazir prezidentin sərəncamı ilə işdən çıxarılıb.
Maraqlıdır, işdən çıxarılan nazirlər nə qədər pensiya alırlar?
Hüquqşünas Əliməmməd Nuriyev AzVision.az-a bildirib ki, nazir postundan kənarlaşdırılan şəxslərə dövlət tərəfindən xüsusi kompensasiya verilmir.
Hüquqşünasın sözlərinə görə, nazir vəzifəsi təyinatlı post olduğundan qanunda kompensasiya nəzərdə tutulmur: “Milli Məclisə seçkilər səsvermə yolu ilə keçirildiyindən millət vəkillərinə belə bir güzəşt tətbiq olunur. Növbəti dəfə deputat seçilməyən millət vəkili bir il müddətində iş tapmadıqda, ona deputatlıq maaşının 80%-i qədərində kompensassiya verilir. Amma nazir postunu itirirsə, ona heç bir kompensassiya verilmir”.
Ə.Nuriyev qeyd edib ki, vaxtilə nazir işləmiş şəxslər pensiya alarkən onun aldığı maaş deyil, iş müddəti nəzərə alınır: “Hətta nazir barəsində cinayət işi açılırsa, bu, onun təqaüdünə heç bir təsir etmir. Yəni vaxtilə nazir işləmiş və vəzifədən azad olunan, eləcə də barəsində cinayət işi açılan eks-nazirin əmək kitabçasında nazir fəaliyyəti qeyd olunur və bu, onun aldığı təqaüdə təsir göstərmir”.
Hüquqşünasın sözlərinə görə, xüsusi rütbə və fəxri adları olan məmurların bu təltifləri yalnız məhkəmənin qərarı ilə alına bilər.
Qeyd edək ki, dövlət orqanlarının rəhbər işçilərinin vəzifə maaşlarının məbləği “Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 348 saylı, 10 avqust 2004-cü il tarixli sərəncamı ilə tənzimlənir.
Sərəncama görə, baş nazir 1925, baş nazirin birinci müavini1700, baş nazirin müavini 1625, nazirlər – 1500 manat maaş alır.
mia.az

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın