Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Fransa prezidenti: “Qarabağ münaqişəsinin həlli vacibdir”

Fransa prezidenti: “Qarabağ münaqişəsinin həlli vacibdir”

“Dağlıq Qarabağ münaqişəsinin həllini tapmaq vacibdir”

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Ermənistan prezidenti Serj Sarkisyanla görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.

Makron bildirib ki, Fransa münaqişənin həlli istiqamətində ABŞ və Rusiya ilə birlikdə səylər göstərməyə hazırdır.

“Mən Ermənistan prezidentinə bildirdim ki, Fransa münaqişə tərəfləri arasında qərəzsiz vasitəçiliyə sadiqdir. Biz rusiyalı və amerikalı müttəfiqlərimizlə birlikdə münaqişənin həllinə kömək edə biləcək istənilən təşəbbüslərə hazırıq” – Fransa prezidenti vurğulayıb.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …