Şənbə , Aprel 27 2024
Ana səhifə / İdman / Kamaləddin Heydərovun oğlu 15 milyona baza alır: Ronaldinyo planı

Kamaləddin Heydərovun oğlu 15 milyona baza alır: Ronaldinyo planı

“Qəbələ”nin prezidenti Tale Heydərov “Əlincə”nin bazasını almağa hazırlaşır.
Fanat.z-ın əldə etdiyi məlumata görə, klub prezidenti 15 milyon manat qiyməti olan stadionu və digər tikililəri, o cümlədən sözügedən klubun rəhbərinə məxsus otellə yaxından maraqlanır.
Bir müddət öncə mətbuat səhifələrində satıldığı bildirilən idman qurğusunun qiymətiylə bağlı razılaşmaq başlıca hədəfdi. Fövqəladə hallar naziri Kamaləddin Heydərovun oğlu bu iş üçün artıq 2 nəfər ayırıb və danışıqlar davam etdirilir.
Məqsəd kompleksi Ronaldinyonun adını daşıyacaq futbol akademiyasının ixtiyarına verməkdi.

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …