Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Siyasət / “Facebook” üzərindən videoyayım aparan mühacir azərbaycanlılara pul yığımında ermənilər də fəal iştirak edir

“Facebook” üzərindən videoyayım aparan mühacir azərbaycanlılara pul yığımında ermənilər də fəal iştirak edir

“Məlum olur ki, o adamlar elə Azərbaycanda da peşəkar dələduz olublar”.

Bəllidir ki, sosial şəbəkələrin yaratdığı geniş imkanlardan bəzi dələduzlar və işbazlar məharətlə istifadə edirlər. Onlar bu yolla özlərinə yaxşı pul da toplayırlar. Öz təsirləri altına saldıqları şəxslərin incə damarlarını tutmaqla, əslində, mənfəətlərindən başqa heç nəyi fikirləşmirlər. 

Belələrinin sırasında xaricə müxalifətçi adı ilə sığınan söyüşcül şəxslər də az deyil. Onlar guya inqilaba çağırış etməklə, “xalqı ağ günə çıxaracaqlarına” dair şirin vədlər verməklə, həm də həmin təbliğatın fonunda əl açıb insanlardan pul dilənirlər. Bunu da onunla əsaslandırırlar ki, guya yaratdıqları “televiziyalar” xalqa xidmət edir və bu məsrəfləri qarşılamaq üçün onlara külli miqdarda vəsait gərəkdir. Əslində isə internetə qoşulmaqla sosial şəbəkələr üzərindən həmin yayımları etmək mümkündür. Və bu elə də vəsait tələb etmir. Hiss olunur ki, torlarına çoxlu sayda adam sala bilirlər. İanə adı ilə onlara vəsaitin daxil olduğunu etiraf edirlər. Ancaq heç də daxil olan bütün vəsaitlər barədə ətraflı və şəffaf məlumat vermirlər. Belə fikirlər səslənir ki, həmin videoyayımları edənlərin özlərinə də qarmaq atan və onları Azərbaycanın dövləti maraqlarının əleyhinə işlədənlər də az deyil. Bildirilir ki, bu cür adamlara ianə verənlərin arasında erməni millətindən olan şəxslər də fəal iştirak edirlər. Bu da təsadüfi sayıla bilməz. Ermənilərin söyüşcül radikallara maliyyə verməklə hansı maraqları ola bilər?

Samir Adıgözəlli: “Pul qazanmaqdan ötrü hətta erməni ilə də işbirliyinə gedirlər”

İctimai Siyasi Proseslər və Beynəlxalq Əlaqələr Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ermənilərin bu cür tipajlara maliyyə ödəməkdə maraqlı olması təbii sayıla bilər: “Bilirsiniz ki, həmin adamlar hazırda sığındıqları ölkələrin ictimai-siyasi həyatında yaxından iştirak etmirlər. İşləri-gücləri ancaq bura barədə hədyan yağdırmaq, söyüş söyməkdir. İzləsəniz görərsiniz ki, həmin adamlar guya Azərbaycanda payızda nəyinsə olacağına dair təbliğat aparırlar. Təbii ki, hamısı utopiyadır. Amma bütün çağırışlarının motivində itaətsizlik, hakimiyyətə qarşı zor tətbiqetmə var. Bu da ermənilərin işinə yarayır. Çünki Azərbaycanda qarışıqlığın olmasını onlardan çox istəyən, arzulayan yoxdur. Söyüş ixrac edən adamlara ermənilərin göstərdiyi diqqət bununla əlaqəlidir. Bu adamlar Azərbaycandan başqa hamının maraqlarına qulluq etmələrinin fərqindədirlər. Sadəcə, vəziyyət onlara sərf edir. İanə marafonu elan edirlər, amma ora yığılan vəsait barədə heç bir məlumat vermirlər. Çünki onlara sərf etmir. Belə işlərlə məşğul olanların kimliyini araşdırdıqda ortaya qəribə mənzərə çıxır. Məlum olur ki, o adamlar elə Azərbaycanda da peşəkar dələduz olublar. İndi də siyasi müstəvidə dələduzluqlarını davam etdirirlər. Pul qazanmaqdan ötrü hətta erməni ilə də işbirliyinə gedirlər. Artıq bu onlar üçün adi hala çevrilib. Soydaşlarımız bu istiqamətdə fəal olmalıdırlar. O cür avantüristlərin, ermənidən belə maliyyə alanların təbliğatına uymamalıdırlar. Elə onların yayımlarının altında rəylərini yazmalıdırlar. Bu cür xainlərin bütün iç üzünü açıb göstərməyin vaxtı çoxdan çatıb”.

Həmçinin oxuyun

“Putin Ukraynada qalib gələrsə, bu Azərbaycana da təhlükə törədə bilər”

“Qafqazda bizim bir neçə vacib tərəfdaşlarımız var, buna görə də bu region NATO üçün çox …