Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Gülər Əhmədova nənə oldu

Gülər Əhmədova nənə oldu

Keçmiş millət vəkili Gülər Əhmədova nənə olub.

Sabiq millət vəkili Gülər Əhmədova ölkəmizə əmin-amanlıq arzuladığını bildirib. O, dünənki doğum günü haqda danışarkən deyib:

“Doğum günümü dostlarımla, ailəmlə birlikdə keçirirəm. Xalqımıza nə arzu edirəmsə, onu özümə də arzu edirəm. Birincisi arzu edirəm ki, ərazi bütövlüyü tam bərpa edilmiş Azərbaycanda yaşayaq.  Güman edirəm ki, bu hamının arzusudur. İkincisi arzu edirəm ki, hamının övladı xoşbəxt olsun, çünki bütün valideynlər üçün ən böyük arzu övladlarıdır.

Bu gün həm də “Qədir-Xum” günüdür və bütün müsəlmanları təbrik etmişəm. İki gün üst-üstə düşüb və bu günün fəzilətindən yararlanaraq bütün azərbaycanlılara can sağlığı arzu edirəm. 

Arzu edirəm ki, hamı nəvə sahibi olsun. Bu yaşıma ən böyük hədiyyəm nəvəm oldu. Hər axşam-səhər arzu etdiyim şey dövlətimiz üçün əmin-amanlıqdır. Çünki əmin-amanlıq olmasa, özümüz və övladlarımızın təhlükəsizliyi üçün dualar etməsək, qalan hər şey mənasız görünər. Ona görə də arzu edirəm ki, dövlətimiz var olsun və sabitliyimiz əlimizdən getməsin. Əlimizdən gedən torpaqlarımız tezliklə qaytarılsın”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …