Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / “Facebook” Eynulla Fətullayevin hesabını yenidən blokladı

“Facebook” Eynulla Fətullayevin hesabını yenidən blokladı

Haqqin.az və Virtualaz.org saytlarının rəhbəri Eynulla Fətullayevin “Facebook” sosial şəbəkəsindəki hesabı erməni istifadəçilərin şikayəti əsasında bloklanıb. Xatırladaq ki, iyulun 11-də Alxanlı kəndində erməni silahlı qüvvələrinin atəşi nəticəsində həlak olmuş 2 yaşlı Zəhra Quliyevanın fotoşəklinin yayılmasına görə də jurnalistin hesabı bloklanmışdı.

Ötən dəfə E.Fətullayevin hesabı 3 gündən sonra açılmışdı. Bu dəfə hesab 7 gün müddətinə bloklanıb.

Buna səbəb kimi erməni istifadəçilərin Eynulla Fətullayev tərəfindən Qarabağda aparılan hərbi əməliyyatlar barədə yazdığı məlumatlarla bağlı şikayətləri göstərilir. Jurnalistin məsələ ilə əlaqədar apellyasiyası sosial şəbəkənin rəhbərliyi tərəfindən rədd edilib.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın