Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Fərhad Əliyevin təyinat xəbəri… – RƏSMİ AÇIQLAMA

Fərhad Əliyevin təyinat xəbəri… – RƏSMİ AÇIQLAMA

DİA.AZ: – “Hörmətli KİV nümayəndələri, Nəzərinizə çatdırmaq istəyirik ki, ötən gün “Sumqayıt Texnologiyalar Parkı” MMC ilə bağlı mətbuatda çıxan informasiya həqiqəti əks etdirmir. Çox təəssüflər olsun ki, bu cür dezinformasiya bir neçə media orqanı tərəfindən dəqiqləşdirilmədən tirajlanıbdır”. DİA.AZ bildirir ki, bu fikirlər “Sumqayıt Texnologiyalar Parkı” MMC-dən daxil olan bəyanatda yer alıb.

Bəyanatda daha sonra deyilir: “Bildirmək istəyirik ki, “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin təsisçisi ilə bağlı heç bir dəyişiklik olmamışdır. Emin Məmmədov bu ilin mart ayında təsisçinin qərarı əsasında “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin baş direktoru təyin olunmuşdur və bu barədə məlumat ictimaiyyətə açıqlanmışdır.

Xahiş edirik ki, “Sumqayıt Texnologiyalar Parkı” MMC ilə bağlı informasiyaları yaymamışdan qabaq ictimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxlayasınız.

“Sumqayıt Texnologiyalar Parkı” MMC olaraq Sizinlə sağlam əməkdaşlığa hər zaman önəm veririk və bu əməkdaşlığın davamlı olmasını diləyirik”.

Dia.az xatırladır ki, dünən yerli KİV-lər keçmiş İqtisadi İnkişaf Naziri Fərhad Əliyevin “Sumqayıt Texnologiyalar Parkı” MMC-yə rəhbər gətirilməsi xəbərini yaymışdı.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …