Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Bakıda Naxçıvan Konstitusiyasına dəyişikliklərlə bağlı müzakirə aparıldı

Bakıda Naxçıvan Konstitusiyasına dəyişikliklərlə bağlı müzakirə aparıldı

Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib.

“Report”un xəbərinə görə, komitə sədri Əli Hüseynli gündəlikdəki məsələlər barədə məlumat verib.

İclasda “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya qanununun layihəsi barədə müzakirələr aparılıb.

Həmçinin deputatlar Mülki Prosessual, İnzibati Prosessual məcəllələrdə dəyişikliklər edilməsi haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinə baxıblar. Qeyd edilib ki, təklif edilən dəyişikliklər texniki xarakter daşıyır.

Deputatlar qanun layihələri barədə fikir və təkliflərini səsləndiriblər.

Layihələr Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …