Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar
Məmmədovun aktiv siyasətə qayıdacağı ilə bağlı yayılan xəbərlərdən sonra
sosial şəbəkələrdə bu məsələ barədə müzakirələr başlayıb. “Yeni Sabah”
mövzu ilə bağlı siyasi şərhçi Azər Rəşidoğlu ilə söhbətləşib.
–
Etibar Məmmədovun aktiv siyasətə qayıdacağı ilə bağlı xəbərlər yayılır.
Lakin hələ ki, AMİP lideri bu məlumatlara reaksiya verməyib. Sizcə,onun
sükutunun səbəbi nədir?
–
Kimlərsə ictimai fikri zondaj edirdi və əmin oldu ki, ictimai rəy
Məmmədovun xeyrinə deyil. Heç kəs “Etibar bəy, bizi xilas elə”
deməyəcək. Etibar Məmmədov bir keçmişdir və onun yenidən böyük siyasətə
qayıdışı imkansızıdır. Şəxsən mən inanmıram ki, o, biznesini qoyub,
siyasətə gəlsin.
Milli
Azadlıq Hərəkatındakı xidmətlərinə baxmayaraq, AMİP-in mənəvi lideri
bir regionçu siyasətçi kimi tanınır. O, ən yaxşı halda Əli İnsanovun
yanında dayana bilər. Hərəkat iştirakçıları onun “Gəncə hadisələri”
zamanı tutduğu mövqeyə görə bağışlamayacaqlar. Digər tərəfdən, artıq
yeni gənclik formalaşıb. Məmmədov kimi hikkəli, təkəbbürlü və özünə
məftun siyasi liderlərə daha yer yoxdur.
– Etibar Məmmədovun yenidən aktiv siyasətlə məşğul oması Azərbaycanın siyasi səhnəsində canlanmaya səbəb ola bilərmi?
–
Cənab Hüsənlinin siyasətə qayıdışı heç bir canlanmaya səbəb ola bilməz.
Ən yaxşı halda onun bəzi sabiq tərəfdarları, Qərbi Azərbaycandan olan
və indiki hakimiyyətdən narazı olan azsaylı simalar fəallaşa bilər və bu
da heç bir önəm kəsb etməyəcək. Etibar Məmmədov siyasətdən kənardadır
və istəsə belə siyasətdə böyük uğur qazana bilməz. Bir daha vurğulayıram
ki, o, əgər Əli İnsanovdan xahiş eləsə, sabiq nazir bu xahişi qəbul
edərsə, onun yanında dayana bilər.
– Sizcə, Etibar Məmmədov aktiv siyasətlə məşğul olacağı təqdirdə hazırki müxalifətlə əməkdaşlıq edəcək?
–
Etibar Məmmədov heç vaxt heç kəsə qoşulmayıb və hikkə ilə “siz gəlin
mənə qoşulun” deyib. Ona kim qoşulacaq ki? O, İsa Qəmbərə də, digər
müxalifət liderlərinə də nifrət edir. Bu nifrətlə siyasətə qayıtmasa
daha yaxşıdır.
–
Etibar Məmmədovun siyasətə qayıdacağı ilə bağlı xəbərlər onunla eyni
regiondan olan Əli İnsanov faktoru ilə bağlı ola bilərmi? Belə
mülahizələr var ki, bu, indidən Əli İnsanova dəstək verə biləcək
elektoratı Etibar Məmmədova yönəltmək cəhdidir.
–
Əli İnsanov Etibar bəydən daha sanballı simadır. Onları müqayisə etmək
yanlışdır. İnsanovu güclü maliyyəsi olan yerliləri müdafiə edir. Etibar
Məmmədov isə sıradan bir “ermənistanlı”dır. Odur ki, onun imkanlarını bu
dərəcədə şişirtməyə də ehtiyac yoxdur.
–
AMİP Siyasi Şurasının üzvü Əli Orucov bildirib ki, xalq tələb edəcəksə,
Etibar Məmmədov aktiv siyasətə qayıtmaq barədə düşünə bilər. Sizcə,
xalqın belə tələbi ola bilərmi?
–
Xalq bir dəfə belə tələb edib və sonra tövbə edib. Qeyri-ciddi arzudur.
Bu, səhrada su axtarmaq cəhdidir. Heç kəs Etibar Məmmədova yalvarmağa
hazırlaşmır. Qoy, elə öz biznesi ilə məşğul olsun. Nə özünə, nə xalqa
əziyyət verməsin
Həmçinin oxuyun
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …