Azərbaycanda günəbaxan tumlarının satışı ilə məşğul olan “Patron” şirkəti bağlanmaq təhlükəsi ilə üzləşib.
Bu
barədə Gununsesi.org-a məlumatı bir qrup fermer verib. Məlumata görə,
qərb bölgəsində günəbaxan tumlarının alışı ilə məşğul olan “Patron” bu
dəfə fermerlərdən məhsul ala bilmir. Buna səbəb isə şirkətin Vergilər
Nazirliyi tərəfindən külli kiqdarda cərimələnməsidir. Fermerlər bu
məbləğin 3 milyon manata yaxın olduğunu deyir.
Ötən il bu vaxtı “Patron” bütün rayonlardakı məhsulları yığmışdı. Amma bu il məhsullar fermerlərin əlində qalıb.
Məsələ ilə bağlı Vergilər Nazirliyinə etdiyimiz zənglər cavabsız qaldı.
Azərbaycanda
kənd təsərrüfatının inkişafı hökumətin qarşısında prioritet vəzifə kimi
qoyulsa da görünür, Vergilər Nazirliyi buna məhəl qoymaq istəmir.
“Patron”nun cərimələnməsi və bununla alıcılıq qabiliyyətini itirməsi ölkədə yüzlərlə fermerin müflis olması deməkdir.
Ana səhifə / İqtisadiyyat / Vergidən ağlasığmaz cərimə: “Patron” bağlanır? – YÜZLƏRLƏ FERMER MÜFLİS OLMAQ HƏDDİNDƏ
Həmçinin oxuyun
Turist sayı nəyin hesabına artır?
Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …