Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / “Erməni cəmiyyəti olduqca məyus və şok vəziyyətindədir” – DEPUTAT

“Erməni cəmiyyəti olduqca məyus və şok vəziyyətindədir” – DEPUTAT

Erməni cəmiyyəti olduqca məyus və şok vəziyyətindədir. Onlar Nikol Paşinyana alternativ görmürlər. Çünki indi Nikol Paşinyana qarşı çıxan, onun istefasına nail olmaq istəyənlər əslində Serj Sərkisyan və Robert Köçəryanın ətrafında olan insanlardır. Halbuki elə onların özü son 20 ildə Ermənistanı indiki vəziyyətə gətirib çıxarıblar. Bu mənada erməni cəmiyyəti Nikol Paşinyandan məyus olub, ancaq onunla hakimiyyət uğrunda savaşa girişən müxalifət də cəmiyyətdə heç bir ümid yaratmır.

Bu fikirləri deputat Rasim Musabəyov Ermənistan daxilində ictimai-siyasi vəziyyətin indiki mərhələsini qiymətləndirərkən deyib.

Rasim Musabəyov hesab edib ki, indiki vəziyyətdə ermənilər şok keçirməklə yanaşı gələcəyə qeyri-müəyyən yanaşırlar: “Bəli, bu həqiqətdir ki, Nikol Paşinyan yüz minlərlə insanı küçələrə çıxararaq hakimiyyəti Sərkisyan-Köçəryan cütlüyündən almışdı. Amma bu cütlük hazırda Paşinyana qarşı 10-15 min insanı küçələrə çıxara bilmir. Reallıq budur. Eyni zamanda nə Nikol Paşinyanın, nə də müxalifətdə durub hakimiyyəti ələ almaq istəyən qüvvələrin cəmiyyətin daxilində dəstəyi yoxdur.

Əslində isə ermənilərin böyük hissəsi ümidsizliyə qərq olub. Düşünürlər ki, dünyada mövcud olan karantin rejimi tez bitsəydi, onlar başlarını götürüb başqa ölkələrə gedib həyatlarını qurmağa çalışardı”.Teleqraf

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …