Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Elmira Axundova haqqında yazılanlara CAVAB verdi

Elmira Axundova haqqında yazılanlara CAVAB verdi

Milli Məclisin deputatı Elmira Axundova haqqında yazılanlarla bağlı Modern.az saytına açıqlama verib.

O deyib ki, bu cür məlumatları yazanlar sadəcə qara yaxmaqla məşğuldurlar:

“Mən sadəcə belə yazılara təəssüflənirəm. Bilmirəm bu yazıların arxasında mənim rəqiblərim durub yoxsa başqası. Nəzərinizə çatdırıram ki, artıq üçüncü dəfədir ki, seçkiyə gedirəm və heç kimin əleyhinə hansısa açıqlama verməmişəm, yazı yazdırmamışam. Baxmayaraq ki, çoxları haqqında çox şey bilirəm, onların seçki metodları, necə çalışmaları barədə bir kəlmə də danışmamışam. Mənim haqqımda kimsə deyə bilməz ki, Elmira Axundova ona edilən müraciətə biganə yanaşıb, köməyi olana əl uzatmayıb. İstər seçicilərimlə, istərsə də jurnalistlərlə münasibətlərimizdə hər zaman aktivlik nümayiş etdirmişəm. Ən azından Parlament Jurnalistləri Birliyi apardığı sorğu nəticəsində məni, ən aktiv deputat olaraq mükafatlandırıb. Elə bir sakin olmaz desin ki, mən son beş ildə onun yaşadığı kənddə olmayım, vətəndaşları qəbul etməyim. İki aydan bir qəbul keçirirəm, rayona gedirəm, seçicilərimlə görüşürəm. Mən hətta deyərdim ki, bu 5 ildə 10 ilin işini görmüşəm. Ona görə də hesab edirəm ki, haqqımda deyilənlərin hamısı cəfəngiyyatdır”.

Qeyd edək ki, bəzi mətbu orqanlarda Elmira Axundovanın seçiciləri ilə görüşündə sakinlərin ona etiraz edərək, deputat olduğu son beş ildə onlarla maraqlanmamaqda, mövcud problemlərin həlli istiqamətində heç bir addım atmamaqda ittiham etmələri kimi məlumatlar yayılıb.

Elmira Axundova 71 saylı Masallı kənd Seçki Dairəsindən növbəti dəfə namizdliyini irəli sürüb. O, daha öncə 2 dəfə – III (2005-ci il) və IV (2010-cu il) çağırışlarda bu dairədən millət vəkili seçilib.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın