Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Elmar Məmmədyarov: “Azərbaycan və Gürcüstan arasında əməkdaşlığın daha da güclənəcəyinə ümid edirəm”

Elmar Məmmədyarov: “Azərbaycan və Gürcüstan arasında əməkdaşlığın daha da güclənəcəyinə ümid edirəm”

“Ümid edirəm ki, Gürcüstan və Azərbaycan arasında qarşılıqlı anlaşma, müstəqillik və ərazi bütövlüyünə hörmətə əsaslanan əməkdaşlıq gələcəkdə daha da güclənəcək”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun gürcü həmkarı David Zalkalianiyə Müstəqillik günü ilə əlaqədar göndərdiyi təbrik məktubunda bildirilib.

E.Məmmədyarov qeyd edib ki, ikitərəfli dostluq münasibətləri və məhsuldar əməkdaşlıq gürcü və Azərbaycan xalqlarının maraq və rifahına xidmət edir.

XİN başçısı gürcü xalqına xoşbəxtlik, sülh və tərəqqi arzu edib.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …