Ana səhifə / İqtisadiyyat / Azərbaycan iqtisadiyyatı 28 il geri düşüb
Financial accounting stock market graphs analysis

Azərbaycan iqtisadiyyatı 28 il geri düşüb

Əgər ÜDM-in artım tempi indiki sürətlə davam edərsə və milli valyuta ABŞ dollarına nisbətdə hazırkı məzənnəni saxlayarsa, bu halda Azərbaycan iqtisadiyyatı 2014-cü il səviyyəsinə 23,5 ildən sonra çata bilər. 

Bunu iqtisadçı alim Qubad İbadoğlu deyib. Onun sözlərinə görə, nəzərə alsaq ki, devalvasiyadan 5 il ötüb, onda itkilərin bərpası üçün 28,5 il lazım gələcək.

“Bu ilin 1-ci rübünün nəticələrinə görə ABŞ-da Ümumi Daxili Məhsul (ÜDM) istehsalı 3,2 faiz artıb. ABŞ-ın ÜDM-i 2018-ci ildə 19,4 trillion dollar olub, onun 3,2 faizlik illik artımı mütləq mənada 620 milyard dollarlıq əlavə dəyərin yaranması deməkdir. ABŞ ÜDM-nin 1 rübdəki artım tempinin saxlayacağı halda, bu dövlətin yalnız artımdan əldə etdiyi dəyər Azərbaycanın 2018-ci il üçün illik ÜDM-dən 13 dəfə çox olacaq. 

Qeyd edim ki, Azərbaycanda 2019-cu ilin yanvar-aprel aylarında ÜDM 2018-сi ilin yanvar-aprel aylarına nisbətən 2,1 faiz artıb. Azərbaycanda ötən il 46 milyard 939 milyon dollarlıq ÜDM istehsal olunub. Bu göstərici 2014-cü ildəki ÜDM-dən (75 milyard 659 dollar) 28 milyard 720 milyon dollar aşağıdır. Bu o deməkdir ki, 2014-cü illə müqayisədə itirilmiş ÜDM-i bu templə 23,5 ilə bərpa edə biləcəyik”.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …