Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Eldar Mahmudovun təqdimatı ilə icra başçısı təyin olunanlar işdən qovulacaq – İlk hədəfdə Ağdamın icra başçısıdır

Eldar Mahmudovun təqdimatı ilə icra başçısı təyin olunanlar işdən qovulacaq – İlk hədəfdə Ağdamın icra başçısıdır

Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən qovulan keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudov özünə yaxın şəxsləri dövlətin müxtəlif qollarına, o cümlədə icra hakimiyyətlərinə yerləşdiribmiş.

Avropa.info-nun əldə etdiyi məlumata görə, hazırda Eldar Mahmudovun təqdimatı ilə rayonlara təyin edilmiş icra başçıları araşdırılır.

Məlumatlara görə, Eldar Mahmudovun xətti ilə icra başçısı olmuş şəxslərin sırasında daha çox Ağdam rayonunun icra başçısı Raqub Məmmədovun adı hallanır. Kənd Təsərüffatı Akademiyasını bitirən, 21 il Milli Təhlükəsizlik orqanlarında işləmiş Raqub Məmmədov 2014-cü ildə Ağdam rayonuna icra başçısı təyin edilib.

Əldə etdiyimiz məlumata görə, Eldar Mahmudovun şəriki, Bakıda bir neçə avtomobil salonlarının sahibi “Ağdamlı Dəmir” kimi tanınan Dəmir Abdullayevi də ilk dəfə Raqub Məmmədov nazirlə tanış edib. Raqub Məmmədovun keçmiş nazirin ən etibarlı adamlarından olduğu qeyd edilir.

Raqub Məmmədovun icra hakimiyyəti işlədiyi dövrdə Eldar Mahmudovun tapşırığı əsasında bir neçə “reket” jurnalisti nəzarətdə saxladığı, onlara aylıq “paket” verdiyi və həmin “jurnalistlər”in vasitəsi ilə bir çox iş adamlarının şantaj edildiyi bildirilir.

Məlumatlara görə, Eldar Mahmudovun nəzarətində olan icra başçıları haqqında görüləcək tədbirlər Raqub Məmmədovla yekunlaşmayacaq. Yaxın günlərdə Eldar Mahmudovun nəzarətində olan icra başçılarının işdən qovulacağı bildirilir.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın