Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Elçibəy ABŞ-la bağlı hansı proqnozu vermişdi? – 2017-ci il üçün

Elçibəy ABŞ-la bağlı hansı proqnozu vermişdi? – 2017-ci il üçün

Moderator.az xəbər verir ki, Azərbaycanın sabiq prezidenti, mərhum Əbülfəz Elçibəy hələ illər öncə 2017-ci ilin ABŞ üçün çox böhranlı il olacağını deyibmiş.
Bu barədə tanınmış ictimai-siyasi fəal Aqil Səmədbəyli məlumat verib. A.Səmədbəyli öz feysbuk səhifəsində bunları yazıb:
“Azərbaycan ve Türkiyədə yaxın dostlara sevgili Liderim Elçi Bəyin Amerika ilə bağlı fikrini xeyli evvəlden demişem- BƏY 2017-ci ilin Amerika üçün çox böhranlı il olacağını demişdi! Bunu Amerikadakı seçkilər ərəfəsində orda yaşayan iki Türk iş adamına İstanbulda bir yeməkdə demişdim-onlar da ”Amerikada heç bir böhran olmaz, çox güclü dövlətdir” demişdilər.
Amerikada böhran üzüyuxarı gedir.
Cəbhələr arası veziyyət gərginləşir…
Gözləyək…”
Xatırladaq ki, bir çox  siyasi analitiklər, hətta Amerikalıların özləri belə Trampın prezidentliyinin ABŞ üçün böhran, fəlakət gətirəcəyini qeyd edirlər.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın