Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / DYP maşınında “ksenon” işıqlar – VİDEO

DYP maşınında “ksenon” işıqlar – VİDEO

Bakıda iki DYP avtomobili yol hərəkəti qaydalarını pozub.

 

Azinforum.az xəbər verir ki, bu barədə avtosfer.az saytı məlumat yayıb. Saytın yaydığı videoda Fətəli xan Xoyski küçəsində avtomobillərin intensive hərəkətdə olduğu yolda iki YPX avtomobili yan-yana dayanıb və polis əməkdaşları bir müddət söhbət ediblər.

DYP avtomobilində olanlar həmin ərazidə park olunan avtomobillərin oradan götürülməsi üçün həm səs siqnalından, həm də dəfələrlə yaxın işığı uzaq işığa keçirməklə (“marqat” etməklə) işıq cihazlarından istifadə ediblər. Saytın yazdığına görə, patrul avtomobilinin birinin uzaq işığı DYP tərəfindən qadağan olunmuş “ksenon”dur.

Məlumat üçün bildirək ki, bu avtomobillər zavod tərəfindən adi lampa ilə istehsal olunub.

Uzaq işığa “ksenon” lampa quraşdıran patrul avtomobilinin qeydiyyat nişanı 99 YP 448-dir.

 

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın