Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / “Duqin və qızı Darya bəyan etmişdilər ki, Qarabağ Azərbaycan torpağıdır”

“Duqin və qızı Darya bəyan etmişdilər ki, Qarabağ Azərbaycan torpağıdır”

“Bəlkə kampaniya başladasınız! Duqin və qızı Darya dörd il öncə cəsarətlə Cocuq Mərcanlıya gəlib təmas xəttindən birbaşa  bəyan etmişdilər ki, Qarabağ Azərbaycan torpağıdır və erməni işğalçıları bu torpaqlardan çıxmalıdırlar. Hər halda səngərin o üzündən bizə barmaq silkələyənlərdən deyildilər. Buna görə də sui-qəsdi qisas məqsədi ilə erməni terrorçuları törədib. İçinizdə nəyə haqq qazandırısınızsa, qazandırın, üzdə heç olmazsa öz dərdinizə ağlayın”.

Bunu deputat Fazil Mustafa bildirib.

“Ukraynadan, Gürcüstandan, müharibə təhrikindən, imperiya vəhşiliyindən bütün dünya danışacaq, sonra siz də onlara qoşularsınız, indilik istiqaməti erməni terroruna yönəltsəniz, doğru olmazmı? Tutar qatıq, tutmazsa ayran! Çünki ukraynalı qadının 11 yaşlı uşaqla mifoloji hərəkəti, Ştirlisin qadınının kanalizasiya quyusundakı qəhrəmanlığına bənzər bir şeydir. Neomifologiya…” – F.Mustafa qeyd edib.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …