Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Siyasət / Əfşar Süleymaninin qalmaqallı açıqlaması: Bu, necə baş verib?

Əfşar Süleymaninin qalmaqallı açıqlaması: Bu, necə baş verib?

Bir neçə gün əvvəl İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymaninin açıqlaması yayıldı. Açıqlama belə idi:  “Mən arzu edirəm ki, İrana məxsus olan və Gülüstan, Türkmənçay, Axal və s. anlaşmalar əsasında İrandan ayrılan bütün torpaqlar yenidən İrana birləşdirilsin.

Amma bu fikirlər indiki beynəlxalq sistemdə yuxu kimi bir şeydir, xüsusən də İran kimi bir ölkə üçün. Milli maraqları təmin etmək üçün müsbət ideyalara, planlara ehtiyac var.

Mənfi addımlar baha başa gəlir və istənilən nəticəni vermir. Nüvə sazişinin bərpası uğursuz olarsa, Amerika və müttəfiqlərinin düşündüyü planlardan biri də İranı ukraynalaşdırmaqdır və bu yöndə belə planlardan istifadə etmək olar”. 

İnformasiya bu fikirlərdən ibarət idi. Xəbəri oxuyan hər kəsi bir sual düşündürürdü ki, zaman-zaman Azərbaycanın mövqeyini müdafiə edən bir diplomatın belə bir açıqlama ilə çıxış etməsinə səbəb nə olub? 

Məsələnin mahiyyətinə keçməzdən əvvəl bildirək ki, təkcə 44 günlük müharibə zamanı Əfşar Süleymani sosial şəbəkələrdə və mediada xüsusi aktivlik nümayiş etdirirdi. O, Azərbaycanı hər imkanda müdafiə edən açıqlamalar verir, hətta İranın Ermənistana dəstəyini də sərt tənqid edirdi. Buna görə də sabiq səfiri İran hakimiyyətinə yaxın adamlar “Azərbaycanın 5-ci kolonu” kimi təqdim edirdilər. 

“Yeni Sabah” Ə. Süleymaninin son açıqlaması haqda kiçik araşdırma aparıb. Bəlli olur ki, açıqlamanın mənbəyi “Nardaran313” adlı teleqram kanalıdır. Kanal İrandan idarə olunur və bir çoxları onun SEPAH-ın nəzarətində olduğunu bildirir. Lakin “Nardaran 313” Süleymaninin bu ifadələri harada dediyi haqda heç bir informasiya vermir.

Əldə etdiyimiz məlumata görə xəbərin mənbəyi İranda bir neçə politoloqun, siyasi şəxslərin üzv olduğu Vatsap qrupudur. Həmin qrupda Zəngəzur dəhlizi haqda mövzu müzakirə edilib. Müzakirələr zamanı nəinki İran hakimiyyətinin mövqeyindən fərqlənməyən fikirlər ifadə olunub, hətta qeyri-etik ifadələrdən də istifadə olunub. Və müzakirə iştirakçıları birmənalı olaraq Gülüstan, Türkmənçay müqavilələri ilə “itirilmiş” İran torpaqlarının geri qaytarılmasının vacibliyini vurğulayıblar. 

Bu fonda da Ə. Süleymani bir hissəsi yayılan həmin fikirləri bildirib. Sabiq səfirin müzakirə zamanı yazdığı mesajın tam mətnini təqdim edirik:

“Arzu edirəm ki, İrana məxsus olan Gülüstan, Türkmənçay, Axal və s. müqavilələr əsasında İrandan ayrılan bütün torpaqlar yenidən İrana birləşdirilsin.

Amma bu fikirlər indiki beynəlxalq sistemdə, xüsusən də İran kimi beynəlxalq sistemi idarə edən hegemon qaydaları əks etdirməyən və onunla bir araya sığmayan bir ölkə üçün yuxu kimi bir şeydir.

Milli maraqları təmin etmək üçün bizə müsbət ideyalar və planlar lazımdır.  Mənfi hərəkətlər baha başa gəlir və istənilən nəticəni əldə etmir.

JCPOA-nın dirçəldilməsi uğursuz olarsa, Amerika və müttəfiqlərinin düşündüyü planlardan biri də İranı ukraynalaşdırmaqdır və bu planlardan onlar bu istiqamətdə istifadə edə bilərlər. Türkiyənin NATO-ya üzv olması və İncirlikdə NATO bazasının yaradılması ilə NATO-nun Amerika vasitəsilə mövcudluğuna nə ehtiyac var? Türkiyə NATO-nun bu bölgədəki əsas qoludur və bu ölkə vasitəsilə istənilən varlığını gücləndirir.

Əgər Gürcüstan gələcəkdə heç bir perspektivi olmayan NATO-ya üzv olarsa, Türkiyə də bu ölkə vasitəsilə Cənubi Qafqaza və Xəzər dənizinə çatacaq, baxmayaraq ki, NATO Türkiyə, Gürcüstan, Azərbaycan və digər ölkələr vasitəsilə yüklərini bəzi Orta Asiya ölkələrinə çatdırıb. 

Qarşılıqlı fəaliyyət və etimadın qurulmasının strateji strategiyasına əsaslanaraq, İran Cənubi Qafqaz Oyunlarına daxil olmalıdır. Fars körfəzində və Azərbaycanda yenidən itiriləcək və İran üçün daha çox məhdudiyyətlər yaradacaq.

Rusiyanın İranla bağlı güzəştə getmək istəməsi qəribə və çətin deyil. Moskva ötən illərdə İrandan oyun kartı kimi istifadə edib. Ancaq Ukrayna ilə bağlı effektiv xal qazana bilməyəcəyi ehtimalı azdır. Təbii ki, Ukraynaya münasibətdə bu ehtimal mövcuddur. Ukrayna ilə müharibədə zahirən qəhrəmancasına davranışlarına baxmayaraq, Putin məyusdur və Ukrayna bataqlığından ləyaqətli çıxış yolu axtarır. Lakin Avropanın təhlükəsizliyi Avropa ölkələri və ABŞ üçün çox vacib və strateji məsələdir. Ona görə də NATO-nun xaricdə Rusiya yaxınlığında mövqeləri daha da möhkəmlənir. Finlandiya və İsveçin üzv olması da bu cür yanaşmanın göstəricisidir. Ona görə də Şərqi Avropa və Baltikyanı ölkələrdə NATO və onun başında duran Amerika Rusiyaya heç bir güzəştə getməyəcək”. 

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …