Bazar ertəsi , May 6 2024
Ana səhifə / Siyasət / “Deyirlər ki, Hafiz Hacıyevlə telekanallara çıxsaq, bizi döyəcək”

“Deyirlər ki, Hafiz Hacıyevlə telekanallara çıxsaq, bizi döyəcək”

“Biz növbədənkənar prezident seçkiləri ilə bağlı qərarımızı vermişik. Mən seçkilərdə öz namizədliyimi verməyəcəyəm. Biz dövlətçiliyi müdafiə edən bir partiyayıq. Partiyanın qurultayında qərara aldıq ki, bu seçkilərdə cənab İlham Əliyevi dəstəkləyək”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib. 

Partiya sədri 2024-cü ilin 7 fevralında keçiriləcək növbədənkənar prezident seçkilərinə qatılmamasının səbəblərini izah edib:

“MMP-nin rayon təşkilatlarının hamısı Müzəffər Ali Baş Komandanı müdafiə edir və axıra qədər də bu əqidədə qalacağıq. İndi kim boykot, seçkini daş-qalaq etmək istəyirsə, qələt edir, bu, onun öz işidir. Amma biz öz fikrimizi bildirmişik. Əlbəttə ki, mən telekanallarda çıxış edib öz sözümü deyəcəyəm, amma bu, o demək deyil ki, hər dəfə namizəd olasan. Məndən olsa, istərdim ki, namizədliklərini verənlərin hamısı öz namizədliklərini geri götürsünlər və desinlər ki, biz Azərbaycanda Qarabağ məsələsini həll edən bir sərkərdəyə görə namizəd olmayacağıq. Beləliklə, bütün dünya da görər ki, Azərbaycan xalqı bir nəfər kimi Prezidentin yanındadır, onunla bir yerdədir və prezidentimiz xalq tərəfindən seçilmiş bir insandır”. 

H. Hacıyevə görə, bu məsələdə yeni nələrsə kəşf etməyə ehtiyac yoxdur:

“Qarabağ torpaqlarını erməni terrorçularından kim xilas edərsə, Azərbaycan xalqını da bu bəladan xilas etmiş olacaq” demişdim və bu, baş verdi. Doğrudur, daxildə müəyyən problemlər var, hər şey rəvan deyil, yerində olmayan insanlar mövcuddur. Amma mənə elə gəlir ki, bu seçkilərdən sonra cənab Prezident hökumətin yenidən qurulmasında qəti fikri və milli qüruru olan insanları öz ətrafına toplayıb ölkədəki ictimai-siyasi və iqtisadi vəziyyətin daha da yaxşılaşdırılması üçün müəyyən addımlar atacaq. Ona görə də mən cənab Prezidenti indidən təbrik edirəm və bunun başqa cür olması mümkün deyil”. 

“Azərbaycanda özünü müxalifət adlandıran qüvvələr seçkilər başlamayandan əvvəl öz saytlarında belə şayiələr yazırdılar və deyirdilər ki, Hafiz Hacıyev yenidən öz namizədliyini verəcək və bizi telekanallara çıxsaq, bizi orada döyəcək. Ona görə də mən qınaq obyektinə tuş olmamaq, eləcə də onların əlindəki bəhanələri əlindən almaq üçün öz namizədliyimi irəli sürmədim və MMP olaraq qərara gəldik ki, 20 ildir İlham Əliyevlə gəlmişiksə, bundan sonra da axıra qədər bu yolu davam edəcəyik”, – deyə müsahibimiz fikirlərini yekunlaşdırıb.

Həmçinin oxuyun

ABŞ konqresmeni Azərbaycandan rüşvət almaqda ittiham olunur

Henri Kuellarla həyat yoldaşı İmelda Kuelların 600 min dollar pul aldığ bildirilir ABŞ Nümayəndələr Palatasının …