Bazar ertəsi , May 13 2024
Ana səhifə / Manşet / “Ramiz Mehdiyev məni çağırdı və dedi ki, istəyirəm sən deputat olasan”

“Ramiz Mehdiyev məni çağırdı və dedi ki, istəyirəm sən deputat olasan”

Sabiq deputat, texnika elmləri doktoru, yazıçı Hüseynbala Mirələmov Bakupost.az -a geniş videomüsahibə verib.

O, müsahibəsində uşaq yaşlarından jurnalistika və ədəbiyyata maraq göstərdiyini, hələ 7-ci sinifdə oxuyarkən, “Bir tikə çörək” hekayəsi ilə ədəbi fəaliyyətə başladığını bildirib. On birinci sinfi bitirdikdən bir il sonra – 1965-ci ildə isə “Azərbaycan pioneri” qəzetinin ədəbiyyat şöbəsində çalışmağa başlayıb.

Tələbəlik dövründən söz açan H.Mirələmov Azərbaycan Politexnik İnstitutunun İnşaat fakültəsində oxuduğunu, ali təhsili başa vurduqdan sonra əsasən, ixtisası üzrə çalışdığını, paralel olaraq isə, ədəbi fəaliyyətini davam etdirdiyini bildirib.

Müsahibədə o, həmçinin sovet dövründə Heydər Əliyevlə ilk tanışlığından, Dövlət Yanacaq Komitəsi sədrinin birinci müavini işlədiyi zaman haqqında açılan cinayət işindən və AXC iqtidarı ilə ixtilaflardan, YAP-a necə qoşulduğundan, məşhur qırğız yazıçısı Çingiz Aytmatovla münasibətlərindən də söz açıb.

Təbii ki, müsahibədə son illərdə həyatında baş verən qalmaqallı hadisələrə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən uzaqlaşdırılmasına da toxunulub.

Həmçinin oxuyun

Fəzail Ağamalı sirləri açır: “Həm Ramiz Mehdiyev, həm də İsa Qəmbərlə…” – VİDEO

“Elmira Axundova Ramiz Mehdiyevin bir nömrəli adamı idi” Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı Bakupost.az -a …