Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Deputatdan sərt açıqlama: “Səfir Elmira Axundova fərarilik edib” – VİDEO

Deputatdan sərt açıqlama: “Səfir Elmira Axundova fərarilik edib” – VİDEO

“Qadın olanda nə olar? Sənin əlinə ağır yük verəcəkdilər ki, apar daşı?”

“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun moderatorluğu ilə yayımlanan “Dərin Təhlil” verilişində Rusiya-Ukrayna müharibəsi zamanı Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundovanın davranışları da müzakirə olunub.

Səfirin 40 nəfər səfirlik əməkdaşları ilə birlikdə Azərbaycana gəlməsi və gələndən sonra da “unutmayın ki, mən qadınam” tipli açıqlama verməsi veriliş iştirakçılarından, deputat Fəzail Ağamalının tənqidinə səbəb olub.

F.Ağamalı deyib ki, bu fraqment E.Axundovanın yerində olan səfir olmadığını üzə çıxarıb: “Doğrudan da o, heç diplomat deyil. Fərarilik etdi. Zamanında Milli Məclisdə olub, sonra hansısa yüksək səviyyəli məmurun himayəsi ilə, Ramiz Mehdiyevin himayəsi ilə səfir olub. Rusyaya meylli idi. Diplomatiyadan təsəvvürü yox idi. Peşəsi jurnalist idi və parlamentdə də hər zaman populist çıxışları ilə yadda qalmışdı. Qayıdıb gələndən sonra isə dedi ki, unutmayın ki, mən qadınam. Qadınsansa sənin o diplomatik missiyada nə işin var? Həm də orda artıq fiziki gücə ehtiyac yox idi. Orada iradəyə, düşüncəyə, ağla, insanlığa, sədaqət hissi olan bir insana ehtiyac var idi. Nə edəcəkdi ki? Sənin əlinə ağır yük verəcəkdilər ki, apar daşı?”

F.Ağamalı bildirib ki, ilk gündən Ukraynada xaotik vəziyyət yarandı, sonradan ordakı diasporamız, fədakar azərbaycanlılarımız yaxşı işlədi. Deputatın sözlərinə görö, orada özünü yüksək səviyyədə doğruldan Moldovadakı səfirimiz Qüdsi Osmanov oldu: “Böyük fədakarlıq etdi, bütün gücü ilə qaçqınların yerləşdiriıməsində böyük işlər gördü. Həm də Azərbaycan dövləti pul ödəmədən ölkəyə gəliblər. Onların hamısını Azərbaycana doğru yönəltmək lazım deyildi. Onlar Ukrayna vətəndaşları olaraq, digər ölkə vətəndaşları hara gedirlərsə, ora da getməliydi. Elmira xanım bu cür situasiyalara hazır olan diplomat deyil. Onu təcili olaraq başqası ilə əvəz olunmalıdır. Soydaşlarımızı istiqüamətləndirən, təcrübəli diplomatımıza həvalə oluna bilər”.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …